Bakıda növbəti Cosplay Konvensiyası keçirilib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakıda növbəti Azərbaycan Cosplay konvensiyası keçirilib

Bazar günü Bakıda növbəti anime konvensiyası keçirilib.

Anime konvensiyasında onlarla cosplay-çi, yüzlərlə izləyici olub.

Cosplay “Costume" və "play" sözlərinin birləşməsindən əmələ gəlib. Bir sıra şəxslər sevdikləri personajlar kimi geyinir, onlar kimi hərəkət edirlər.

Bu əsasən Yaponiyanın Manga (komiks) və Anime (animasiya filmləri) yaradıcılığının pərəstişkarları arasında geniş yayılıb.

Lakin dünyada müxtəlif kino, animasiya və ya kitab qəhrəmanlarını da cosplay edənlər var.

Dünyanın müxtəlif yerlərində cosplay festivallar keçirilir. Azərbaycanda isə bu məşğuliyyət yenidir.

Azərbaycan Anime Cəmiyyəti tərəfindən təşkil olunan bu konvensiya cəmi 5 ildir baş tutur.

Təşkilatçılar deyir, tədbirlərə qatılanlar ildən-ilə artır.

Cosplay-çilər özləri də hər il ortaya daha yaxşı iş qoymaq üçün çalışdıqlarını bildirirlər.

Həm təşkilatçılar, həm iştirakçılar bu məşğuliyyətin ölkədə daha geniş yayılmasına və cəmiyyət tərəfindən “normal” qarşılanmasına ümid edirlər.

Azərbaycan Anime Cəmiyyəti 2009-cu ildə Azərbaycan və Türkiyədə oxuyan 3 tələbə tərəfindən qurulub.

Qrup İctimai Birlik kimi dövlət qeydiyyatından keçmək istəyir və bu məqsədlə işlər gördüyünü deyir.

Əlaqəli mövzular