Vəkil: Prokuror Yunusların məhkəmədə iştirakını istəyib

Ali məhkəmə onların ölkədən çıxması haqqında qərar verəndən sonra Leyla və Arif Yunus Hollandiyaya uçublar Fotonun müəllifi Getty Images
Image caption Ali məhkəmə onların ölkədən çıxması haqqında qərar verəndən sonra Leyla və Arif Yunus Hollandiyaya uçublar

Bakı Apelyasiya Məhkəməsinin (BAK) iclasında prokuror hazırda Hollandiyada yaşayan hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun məhkəmədə iştirakını istəyib, vəkil deyir.

"Məhkəmə təxirə salındı. Onların məhkəmədə iştirakı məsələsi hələ müzakirə ediləcək", vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib.

Məhkəmə 3 mayadək təxirə salınıb. Cənab Sadıqovun sözlərinə görə, prosesin təxirə salınması onun cinayət işinə dair sənədlərin sürətini istəməsi olub.

Bu məhkəmə prosesi Yunuslarla bağlı 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətilə əlaqədardır.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul-avqust aylarında həbs olunub.



2015-ci ildə Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2015-cı il dekabrın 27-də Yunusların kassasiya şikayətini qismən təmin edib, Bakı Apelyasiya Məhkəməsinin azadlıqdan məhrumetmə hökmü şərti cəza ilə əvəzlənib. Ali məhkəmə həmçinin onların ölkədən çıxması haqqında qərar verib və cütlük həmin gün Hollandiyaya uçublar.

Bu barədə daha geniş