Masallıda 62 metrlik bayraq dirəyi aşıb

Masall Fotonun müəllifi APA.AZ

Masallıda Bayraq meydanında bayraq dirəyi aşıb, yerli icra hakimiyyəti məlumat verib.

Hündürlüyü 62 metr olan bayraq dirəyinin aşmasına güclü küləyin səbəb olduğu deyilir.

Masallı Rayon İcra Hakimiyyətindən BBC Azərbaycancaya deyiblər ki, yaxın zamanda dirək bərpa olunacaq.

Masallıda Bayraq meydanının inşasına 2014-cü ildə başlanıb.

2016-cı ilin sentyabrında açılışı olan Bayraq meydanının ümumi sahəsi 1,3 hektardır və buradakı bayrağın hündürlüyü 62 metrdir.

Əlaqəli mövzular