Futbol: Heç-heçə bitən oyunda Neftçini texniki məğlubiyyət gözləyə bilər

futbol Fotonun müəllifi Getty Images

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunlarında Kəpəz və Qarabağ qalib olub. Lakin Zirə ilə oyununu 2-2 hesabı ilə bitirən Neftçini texniki məğlubiyyət gözləyə bilər.

Qarabağ - Sumqayıt oyununda Qarabağın ilk qolunu Muarem Muarem 12-ci dəqiqədə, ikinci qolunu isə 82-ci dəqiqədə Elşən Abdullayev vurub. 84-cü dəqiqədə Amil Yunanovun qolu ilə Sumqayit fərqi azaltsa da, oyun Qarabağın xeyrinə bitib.

Kəpəz Serjiyo Kostanın qolları ilə AZAL-ı 2-1 hesabı ilə məğlub edib və liqada 5-ci yerə qalxıb.

Neftçi Zirə ilə oyununu 92-ci dəqiqədə Seqoviyanın qolu ilə bərabər etsə də, paytaxt klubu oyunun gedişində oyunçular əvəzedilməsi vaxtı texniki səhvə yol verilib.

Belə hallarda komandaya texniki məğlubiyyət yazılır.

Bazar ertəsi günü Qəbələ və İnter Bakı futbol klubları 2-ci və 3-cü yerlər uğrunda mübarizələrini davam edəcəklər.

Əlaqəli mövzular

Bu barədə daha geniş