Azneft: 200-dən çox neftçi dəniz qurğularından çıxarılıb

neftçi Fotonun müəllifi EPA

Pis hava şəraiti ilə əlaqədar, həm estakadalarından, həm platformadan, həm də estakada meydançalarından bəzi işçilərin təxliyəsi aparılıb.

"Bəzi sahələrdən ümumilikdə təxliyə olunub. Estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılıb", Azneft İstehsalat Birliyindən BBC Azərbaycancaya bildirilib.

Məlumata görə, belə şəraitdə vacib olmayan işləri görən 204 nəfər işçinin təxliyə prosesi bazar ertəsi həyata keçirilib, lakin sayı daha az olan növbətçi işçilər yerindədir.

"Bu, rutin bir təxliyədir. Həmişə açıq dənizdə küləyin sürəti 30 m/s keçdikdə neftçilər təxliyə olunurlar."

Qurum onu da bildirib ki, hava şəraitinin sabah normallaşacağı gözlənildiyindən sabahdan normal iş rejimi başlayacaq.

Son iki ildə pis hava şəraiti zamanı azı 40 neftçinin ölümü və itkin düşməsi ilə nəticələnmiş qəzalar baş verib.

Həmin vaxt Azneft əmək qanunvericiliyinə əməl etməməklə təhlükəsizlik tədbirləri görməməkdə ittiham edilib.

Azneft ittihamlara cavab olaraq. hər zaman neftçiləri təxliyə etdiklərini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş