Azərbaycanda saytların bloklanması barədə 5 suala cavab

Ramin Quluzadə Fotonun müəllifi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Image caption Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bir sıra media saytına girişin məhdudlaşmasına göstəriş verib.

Mart ayının 27-də Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması üçün məhkəməyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) nazirin təyinatı ilə müraciət edib.

Aprelin 27-ə təyin olunan məhkəmə iclası ETM-ın nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə 1 maya qədər təxirə salınıb.

ETM məhkəməyə müraciətində iddia edir ki, adıçəkilən media qurumları "Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid" yaradıb.

Lakin media qurumları bu ittihamları təkzib edirlər. Azadlıq Radiosunun aid olduğu Radio Free Europe/ Radio Liberty-nin prezidenti Thomas Kent nazirliyin addımını "azad mətbuatı qorxutmağa yönələn və adi hüquqlara və beynəlxalq konsensiyalara nifrətdən başqa heç bir şey göstərməyən, vicdansız senzura" adlandırıb.


Həmçinin oxuyun:


Ölkədə xəbər saytlarını bloklamağa ilk cəhddir?

Bu iddia Azərbaycanda ilk dəfə internet xəbər saytlarının bloklanmasına yönələn rəsmi addımdır. Lakin bu məhkəmə işinə cəlb olunan media qurumlarının bloklanma ilə üzləşdiyi ilk problem deyil.

Rəsmən hökumət tərəfindən etiraf edilməsə də, ABŞ Yayım İdarə Heyəti Azərbaycanda iki internet provayderlərdən birinin Azadlıq Radiosuna girişi məhdudlaşdırdığını iddia edib.

Delta Telecom adlı provayder dövlət lisenziyası alan iki şirkətdən biridir.

ABŞ Yayım İdarə Heyətinin dərc etdiyi hesabat Azadlıq qəzeti, Azadlıq Radiosu və Meydan TV-nin saytlarına girişin məhdudlaşdırılması barədə iddialarını dəstəkləyir.

Bir çox hökumət tənqidçisi media qurumlarına qarşı iddianın hakimiyyətin azad mediaya qarşı apardığı məhdudlaşdırma və bloklama kampaniyasını növbəti hüquqi mərhələsi kimi qiymətləndirir.

Image caption Xədicə İsmayılova son illərdə Azərbaycanda həbs edilən jurnalistlərdən biridir.

İdarənin aprelin 10-u dərc etidiyi araşdırmada Azadlıq Radiosunun martın 27-si bloklanmasında "Deep Packet İnspection" (Dərin Paket Nəzarəti) üsulundan istifadə edildiyi bildirilir.

Bu metodun Çin tərəfindən də istifadə edildiyi deyilir.

Maraqlı məqamlardan biri Azadlıq saytına Azərbaycandan girişin martın 27-si məhdudlaşması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ETM-ə media qurumlarına "mürəciət təxirəsalınmadan" məhdudlaşdırılması göstərişinin tarixi eynidir.

Lakin nazirliyin göstərişində müvəqqəti məhdudlaşmanın məhkəmə qərarı şərtilə tətbiq edilib-edilməməsi məlum deyil.

Azərbaycanda internet saytlarının bloklanması neçə də baş verib?

Saytlara girişin məhdudlaşması barədə ümumi siyahı mövcud deyil. Lakin bir çox media qurumunun müraciətlərinə baxmaq olar.

Misal üçün, Azadlıq Radiosu və Amerikanın Səsi (Voice of America) Azərbaycan xidmətləri saytlarına 2016-cə ilin 8 və 24 dekabr aralarında girişin məhdudlaşdığını bəyan ediblər.

Bənzər bir hadisədə, Amerikan Səsi, Azadlıq Radiosu və Meydan TV 2016-cı ilin 30 noyabr və 2 dekabr aralarında bloklandıqlarını bildiriblər.

Bu hadisələr və keçən aydan müşahidə edilən giriş məhdudiyyətiləri tənqidi xəbərləri dərc edən saytların bloklanmasının heç də nadir hal olmadığı görünür.

Hakimiyyət azad və ya tənqidi media ilə mübarizədə başqa nə edir?

Hakimiyyət sadəcə saytların bloklanması üsulu ilə xəbərləri senzura etməklə təqsirləndirilməyib.

Son dövrdə bir çox tənqidi jurnalist saxlanılıb və həbs edilib.

Beynəlxalq İnsan Hüquqları təşkilatı Amnesty İnternational sonuncu illik hesabatında "hakimiyyəti tənqid edən xəbərləri hazırlayanlar təhdid, fiziki zorakılıq və hədə-qorxu" ilə üzləşdiyini deyib.

Azadlıq Radiosunun ofisinin qapısı dekabrın 24-ü polis reydindən sonra möhürlənib. Bundan bir neçə ay sonra təşkilat Bakı ofisini bağlamaq qərarına qəlib.

Meydan TV-nin rəhbərliyi və işçiləri isə keçən ilin aprel ayından cinayət ittihamları ilə üzləşiblər.

Azadlıq qəzeti isə maddi çətinliklər səbəbindən qəzetin çapını sentyabrın 6-sı dayandırıb.

Image caption Video bloqqer Mehman Hüseynov da polisə qarşı "böhtana" görə martın 3-ü azadlıqdan 2 il məhrum edilib.

Hətta video bloqqer Mehman Hüseynov da polisə qarşı "böhtana" görə martın 3-ü azadlıqdan 2 il məhru.

Onun böhtan ittihamı ilə üzləşməsinə səbəb, yanvar ayının 9-u saxlanıldıqdan sonra işgəncəyə məruz qaldığı barədə iddiaları olub.

Bəzi siyasətçilər və jurnalistlər onun həbsinə səbəbin prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi barədə hazırladığı video olduğunu deyiblər.

Keçmiş vicdan məhbusu və təhqiqatçı jurnalist Xədicə İsmayılova da öz həbsinin arxasında onun prezidentin ailəsinin biznes maraqlarına dair araşdırmalarının durduğunu deyib.

Prezidentin media ilə əlaqəsi necədir?

2012-ci ildə Azərbaycan parlamenti yeni qanun qəbul edərək şirkətlərin qeydiyyatdan keçərkən öz sahibləri və səhmdarları barədə məlumatı paylaşmamağa icazə verib.

Bu qanun dəyişikliyi Xədicə İsmayılovanın prezidentin ailəsinin biznes maraqları barədə geniş araşdırmasının dərc edilməsindən sonra qəbul edilib.

Dekabrın 26-sı prezident İlham Əliyevin imzası ilə prezidenti internet vasitəsilə təhqir edənlərə üç ilədək həbs cəzası daxil olmaqla yeni və daha ağır cəzaların tətbiq edilməsi qüvvəyə minib.

Fotonun müəllifi President.az
Image caption İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşündə Azərbaycanda mətbuat azadlığının "tam şəkildə təmin olunduğunu" deyib.

Lakin Prezident İlham Əliyev dəfələrlə Azərbaycanda media mühitinin yaxşı olduğu deyib. Keçən ilin noyabr ayında beynəlxalq informasiya agentlikləri konqresinin iştirakçıları ilə görüşündə prezident Azərbaycanda mətbuat azadlığının "tam şəkildə təmin olunduğunu" deyib.

"Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq", o, əlavə edib.

Bu çıxışında jurnalistlərin həbsinin sadəcə onların cinayət törətmələri ilə əlaqələndirərək, bununla Azərbaycanda mətbuat azadlığını tənqid edənlərin məsələyə "kontekstdən kənar" baxdıqlarını deyib.

Gələcəkdə Azərbaycan mediasını nə gözləyir?

Bir çox jurnalist və müxalif media qurumları müdia mühitinin pisləşəcəyini düşünürlər və xəbər saytlarına girişin məhdudlaşdırılmasının rəsmiləşdirməsinin bu prosesin növbəti mərhələsi olduğuna inanırlar.

Son illər ərzində Azərbaycan Sərhədsiz ReportyorlarFreedom House təşkilatarının media azadlığına dair illik siyahılarında geriləyib.

Bu barədə daha geniş