5 fotoda: Almanı almayın, "Azərbaycan mediaya qarşı", Daun sindromlu gözəl...

Bu həftə Azərbaycan və dünyada baş vermiş önəmli hadisələr beş fotonun diliylə.

Fotonun müəllifi freedomhouse.org

1. Freedom House növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını deyir.

Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir. Keçən illə müqayisədə Azərbaycan bir pillə geriləyib.

Fotonun müəllifi Snund.am

2. Ermənistan bazarlarında Azərbaycan almalarının peyda olması ölkədə mübahisələr yaradıb.

Bazarlarda Quba almalarının satılması barədə məlumatlar sosial medialarda yayılandan sonra rəsmi reaksiyalar gəlib və əhali Azərbaycan almalarını almamağa çağrılıb.

Fotonun müəllifi ERIC FEFERBERG/ Getty

3. Fransa prezident seçkilərinin ilk turunda 23,75 faiz səslə mərkəzçi Emmanuel Macron qalib gəlib, ifrat sağçı Marin Le Pen isə səslərin 21,53 faizini qazanıb.

Fransanın yeni prezidenti mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək.

Fotonun müəllifi Prezident.az

4. Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyu bərpa edilib.

Bərpadan sonra onun vəziyyəti ilə ilk tanış olan prezident İlham Əliyev olub.

Fotonun müəllifi MIKAYLA HOLMGREN/FACEBOOK

5. Daun sindromlu Mikayla Holmgren-in Miss Amerika tacını taxmaq arzusuna ölkə boyunca minlərlə qadın şərik çıxa bilər.

Mikayla Holmgren doğma Minnesota ştatında seçim yarışmalarına daxil olub. Bu, müsabiqənin final mərhələsinə yol aça bilər.