"Daşınar əmlakın yüklülüyü haqqında" qanun qəbul edilib

mal-qara

Milli Məclis kredit təşkilatlarının mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor, kompüter və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklərini təmin edən sənəd, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun qəbul edilib.

Qanuna görə, daşınmaz əmlakı olmayan kiçik və orta sahibkarlar daşınar əmlaklarını - mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə biləcək.

Qanun kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədi daşıyır.

Bunun üçün borc/kredit verən həmin əmlakı internetdə portal şəklində yaradılacaq daşınar əmlakın rəsmi dövlət reyesetrində qeydiyyatdan keçirməlidir. Və şəxsdən əmlak alan vətəndaşlar o əmlakın girov olub-olmamasını o portalda yoxlamalıdırlar. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın başqa bank üçün girov qoyulub-qoyulmadığını aydınlaşdıra biləcək.

Qanun 1 dekabrdan qüvvəyə minəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş