Yunanıstanın qaz operatoru SOCAR-a satılmayacaq

TAP launch Fotonun müəllifi GIANNIS PAPANIKOS/AFP/Getty Images
Image caption DESFA-nın ARDNŞ-a satışı baş tutmasa da, Yunanıstan, Azərbaycan, Türkiyə, Gürcüstan, Albaniya və Avropa İttifaqı ilə Trans Adriatik Boru layihəsində mühüm rol oyanayacaq.

Yunanıstanın Enerji Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda Yunanıstanın xarici kreditorlarla bağladığı müqaviləyə əsasən ölkənin qaz operatoru DESFA-ın səhmlərinin 66 faizini bir daha satışa çıxaracağını bildirib, Reuters yazır.

2013-cü ildə DESFA-ın səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ- SOCAR) 400 milyon avroya satılsa da, Avropa Komissiyası müdaxilə edərək, ARDNŞ-ə səhmlərin yalnız 49 faizinin satılmasını təklif edib.

Bununla qalan səhmlərin 17 faizini ARDNŞ ilə konsorsium yaradan İtaliyanın Snam şirkətinə satılması üzrə danışıqlar keçirilib.

Lakin ARDNŞ-Snam konsorsiumunun səhmlərin məbləğini hissə-hissə ödəmək təklifi qanuna zidd olduğu üçün rədd edilib, Yunanıstanın Enerji Nazirliyi keçən il noyabrın 30-da bəyan edib.

BBC Azərbaycanca SOCAR-dan məsələ ilə bağlı şərh ala bilməyib.

Bu barədə daha geniş