Azərbaycanda insan haqları mühiti necədir?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanda insan haqları mühiti necədir?

Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov Londondakı Chatham House siyasi tədqiqatlar mərkəzində yerli hüquq müdafiəçilərinin hazırladığı "Azərbaycanda siyasi məhbuslar: Vahid siyahı" adlı hesabatı təqdim edib.

BBC Azərbaycancaya verdiyi müsahibədə hüquq müdafiəçisi Azərbaycanda insan haqları sahəsində vəziyyət barədə danışıb.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir və həbs edilən şəxslərin cinayət törətdiklərini iddia edir.

Rəsul Cəfərov bu mövqe ilə razı deyil. O, Azərbaycanda insan haqlarının yaxşılaşması üçün yalnız "siyasi iradə" tələb olunduğunu deyir.