Azərbaycan futbolunda ilk: “Qarabağ” ardıcıl üçüncü dəfə “qızıl dubl” etdi

Kubok Fotonun müəllifi Peşəkar Futbol Liqası
Image caption Kubokun finalı Naxçıvanda keçirilib

Cümə günü Naxçıvan Muxtar Respublikasında futbol üzrə Azərbaycan kubokunun finalı keçirilib.

Finalda Ağdamın "Qarabağ" klubu ilə Qəbələnin eyni adlı komandasını 2-0 məğlub edərək kuboka sahib olub.

Bu, Azərbaycan futbol tarixində bir ilkdir. Belə ki, "Qarabağ" ardıcıl olaraq üçüncü dəfə "qızıl dubl" - həm çempion, həm də kubokun sahibi - etməklə rekorda imza atıb.

Ümumilikdə isə "Qarabağ" beşinci dəfə kuboka sahib olub.

Buna qədər komandalar heç vaxt Azərbaycan kubokunun finalında qarşılaşmışdılar.

Peşəkar Futbol Liqasının (PFL) verdiyi məlumata görə "Qarabağ"la "Qələbə" üç dəfə kubokun 1/4 final mərhələsində mübarizə aparıblar, onlardan ikisində "Qarabağ", birində isə "Qəbələ" mərhələ adlayıb.

Keçən il Bakıda keçirilmiş Azərbaycan kubokunun finalında "Neftçi" ilə üzləşən "Qarabağ" 1-0 qalib gələrək kubokun sahibi olub.

"Qəbələ" isə indəyədək heç vaxt Azərbaycan kubokunu qazanmayıb. 2013/2014 mövsümündə finala vəsiqə qazanmış "Qəbələ", "Neftçi"yə məğlub olmuşdu.

İlk dəfədir ki, kubokun finalı Naxçıvanda keçirilir. Final oyunundan öncə jurnalistlərə danışan PFL prezidenti Ramin Musayev stadionda yetərincə azarkeşin olacağını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş