5 fotoda: Həbsxanada "intihar", mədəndə partlayış, hicabla basketbol oynamaq olar

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi OKTAY GÜLALIYEV

1. Bloqçu və fəal Mehman Qələndərovun intihar etməsilə bağlı məlumat yerli mətbuatda aprelin 29-da yayımlanıb.

Bazar günü onun qəbrini axtarıb tapmış hüquq müdafiəçiləri bildirir ki, Mehman Qələndərov Kürdəxanı qəbiristanlığında basdırılıb.

Mehman Qələndərov barəsində bu il fevralın 7-də narkotik ittihamı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Fotonun müəllifi AFP

2. Türkiyə, Rusiya və İran Suriyada dörd "atəşkəs bölgəsi"nin yaradılması barədə protokol imzalayıb.

Rusiya bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri "atəşkəs bölgələrinin" üzərində uça bilməyəcək.

Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.

Fotonun müəllifi AFP/ Getty

3. İranın Gülüstan vilayətində yerləşən mədəndə baş vermiş partlayşın nəticəsində 50-dən çox adam yer altında qalıb, İran dövlət mediası bildirib.

Zemestan Yurt mədənindəki partlayşın nəticəsində ən azı 2 nəfərin öldüyü və 25 nəfərin xəsarət aldığı deyilir.

Fotonun müəllifi STR/ Getty

4. Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin təsdiqlənməsinə dair sərəncam verib.

Martın 10-da Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi qəbul edilib. Qanuna əsasən, qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılıb.

Fotonun müəllifi Getty Images

5. Beynəlxalq Basketbol Federasiyası (FİBA) oyunçulara hicab və digər baş örtüyü ilə meydançaya çıxmalarına rəsmən icazə verib.

FİBA icazəni baş örtüyünün ağ və ya qara rəngdə olması, ya da formaya uyğun seçilməsi şərtilə razılıq verib.

Əlaqəli mövzular