Moskva: Qələbə paradında hava qüvvələri iştirak etməyib

President Vladimir Fotonun müəllifi AFP
Image caption Vladimir Putinin sinəsində vətənpərvərlik rəmzi sayılan Georgi lentini görmək olar.

Rusiya paytaxtının Qızıl Meydanında Böyük Vətən Müharibəsinin 72-ci ildönümü ilə bağlı hərbi parad keçirilib.

114 min texnika növünün sərgiləndiyi parada 10 min hərbçinin qatıldığı xəbər verilir.

Rusiyanın Müdafiə Nazirliyi hava şəraitinə görə, təyyarələrin nümayişindən imtina etdiyini bildirib.

Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib.

Fotonun müəllifi AFP
Image caption Sovet dövrünə xas olan tərzdə raket texnikası sərgilənir: Yars RS-24 ballistik raketi

Təntənələrin açılış hissəsində Rusiya prezidenti çıxış edib.

Vladimir Putin deyib ki, xalqlar arasında "birlik olmadığı üçün" II Dünya müharibəsinin qarşısını almaq mümkün olmayıb.

Fotonun müəllifi AFP
Image caption Arktika hərbi donanmasını təmsil edən dənizçilər

Hərbçilərə müraciət edən Rusiya lideri həmçinin Sovet İttifaqına daxil olan xalqların birgə vuruşmasının əhəmiyyəti vurğulayıb.

"Rusiya hərbçilərilə yanaşı Qızıl Meydandan daha 10 ölkənin parad bölmələri keçəcək. Bunlar Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistan nümayəndələridir. Onların ata və babaları həm ön həm də ki, arxa cəbhədə çiyin-çiyinə vuruşublar", - cənab Putin deyib.

İlk dəfədir ki, paradda Arktikada istifadə edilməsi nəzərdə tutulan silahlar arasında raketlər nümayiş etdirilib.

Sovet İttifaqı Nasist Almaniyası ilə müharibədə 20 milyon insan itirib.

Rusiya qələbədə başqa xalqların verdiyi töhvənin əhəmiyyətini azaltmaqda qınanır.

Bu arada Rusiya ilə münaqişədə olan Ukraynanın prezidenti Qələbə günü ilə bağlı Kiyevdə keçirilən əklil qoyma mərasiminə qatılıb.

Petro Poroşenko deyib ki, Rusiya Qələbə ildönümündən "revanşist, imperialist və ekspansionist istəklərini" təmin etmək üçün istifadə edir.

"Kreml hələ də çalışır ki, Ukraynanı 1940-cı ildə olduğu kimi 4 Ukrayna cəbhəsi kimi idarə etsin", - Petro Poroşenko Ukrayna əsgərlərinə bildirib.

Fotonun müəllifi AFP
Image caption Arktika silahları arasında ağ rəngə boyanmış Pantsir-SA raketləri
Fotonun müəllifi Reuters
Image caption Qızıl Meydanda tanklar
Fotonun müəllifi Reuters
Image caption Nasist Almaniyasına qarşı müharibədə çox sayda qadınlar iştirak edib.
Fotonun müəllifi Reuters

Əlaqəli mövzular