Saytlara blok, Bakıda İslam Həmrəyliyi, Dihaj finalda - həftə 5 fotoda

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

1. Bakıda məhkəmə bir sıra xəbər saytlarına girişin məhdudlaşdırılması barədə hökm çıxarıb. Onların arasında Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV də var.

Məhkəmə saytların başqa adla fəaliyyət göstərməsinə qadağa qoymayıb. Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli başqa adla fəaliyyət göstərəcəklərini bildirib.

Fotonun müəllifi Francois Nel/ Getty

2. Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilir. Açılış mərasimi cümə günü olsa da, həftənin əvvəlindən artıq bəzi idman növlərinin yarışları başlayıb.

Açılış mərasimindən öncə start verilmiş idman növlərindən biri də qadınların Bədii gimnastika üzrə yarışlarıdır.

Fotonun müəllifi Shanttv.com

3. Ermənistanın "Shant TV" kanalı operatorlarının Dağlıq Qarabağda qoşunların təmas xəttində "Azərbaycan tərəfindən atılan atəş nəticəsində yaralandığını" bildirib.

Internetdə yayılan görüntülərdə isə "Shant TV" juranlistləri kimi təqdim olunan şəxslərin hərbi geyimdə və silahlı olduğu görünür.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan silahlı qüvvələri "düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür".

Fotonun müəllifi Reuters

4. ABŞ prezidenti Donald Trump Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunu vəzifəsindən azad edib.

Ağ Ev bildirir ki, James Comey Hillary Clinton-un şəxsi email-dən istifadəsinə dair aparılan təhqiqatın icrası ilə bağlı vəzifədən azad olunub.

Fotonun müəllifi SERGEI SUPINSKY/ Getty

5. Ukraynanın paytaxtı Kiyevdə keçirilən Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən DiHaj finala vəsiqə qazanıb.

O, yarışlarda "Skeletons" mahnısı ilə çıxış edir. Şənbə günü keçiriləcək final Ermənistan təmsilçisi Artsvik də vəsiqə qazanıb.