Kommisar Muiznieks Azərbaycanı fəalları və bloqerləri azad etməyə çağırıb

Nils Muiznieks Fotonun müəllifi Getty Images
Image caption Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks.

Çərşənbə günü dərc etdiyi bəyanatında, Avropa Şurasının insan haqları üzrə komissarı Nilz Muiznieks Azərabaycanlı fəal və bloqer İlkin Rüstəmzadənin həbs edilməsindən 4 il keçdiyini qeyd edərək, Azərbaycan hakimiyyətini "insan haqları öhdəliklərini yerinə yetirməyə və legitim ictimai fəaliyyətlərinə və ya ifadə etdikləri rəylərinə görə həbs edilmiş hər kəsi dərhal azadlığa buraxmağa" çağırıb.

Respublikaçı Alternativ partiyasının rəhbəri İlqar Məmmədov işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin hökmündən 3 il keçdiyini bildirərək komissar məhkəmənin qərarının hələ də icra edilmədiyini qeyd edib.

Məhkəmə qərarında İlqar Məmmədovun yalnız onu susdurmaq və ya hökuməti tənqid etdiyi üçün cəzalandırmaq məqsədi ilə həbs edildiyi deyilir.

Ayrıca o, həmçinin Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin heykəlinin üzərini şuarlar boyayan və narkotik ittihamları ilə həbs edilən Bayram Məmmədov və Giyas İbrahimov və mart ayında polisin ona işgəncə verməsi iddiası ilə şikayət etdiyi üçün həbs edilən populyar bloqer Mehman Hüseynov barədə narahatlığını vurğulayıb.

Image caption Nils Muiznieks həmçinin Mehman Hüseynovun həbsindən narahat olduğunu deyib.

"Bu səbəblərə görə Azərbaycandaki vəziyyət" onu narahat etdiyini qeyd edən cənab Muiznieks 2015-ci ildən bəri Avropa İnsan Haqları Məhkəməsində 7 işlə bağlı şəxsən müdaxilə edərək öz rəyini bildirdiyini xatırladıb.

Nils Muiznieks bu məhkəmə işlərinin Azərbaycanda "ifadə azadlığı, QHT-lər üçün sıxlaşan mühit və insan haqları müdafiəçilərinin və onların vəkillərinin rəsmi təcavüzə məruz qalmasının nümunələri" olduğunu deyib.

BBC Azərbaycanca müsahibəsində İnsan Haqları Komissarının Şöbəsində Əlaqə Komandasının rəhbəri Stefano Montanari bəyanatın Azərbaycandaki vəziyyətin komissara əhəmiyyətinin göstəricisi olduğunu bildirib.

Komissar Muizniek-in Azərbaycan hökumətinin nümayəndələri ilə dialoqda olduğunu vurğulayan cənab Montanari komissarın ifadə etdiyi narahatlıqlar və tövsiyələrin hələ ki, Azərbaycanda "az nəticə" göstərdiyini deyib.

Azərbaycan hökuməti hələ ki, bu bəyanata reaksiya verməyib.

Bu barədə daha geniş