Azərbaycan Xalça Muzeyindən reportaj
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycan Xalça Muzeyi: Qarabağa aid xalçanı "amerikalı kolleksiyaçı bağışlayıb"

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılıb. Bir neçə dəfə binasını dəyişsə də, 2014-cü ildə müasir avadanlıqlarla təchiz olunmuş binaya köçürülüb.

Muzeyin yaradılmasının təşəbbüskarı Azərbaycan xalçaçılıq elminin banisi sayılan, rəssam Lətif Kərimov sayılır. Hazırda Muzeydə ona aid bir guşə də fəaliyyət göstərir.

Muzeyin baş mütəxəssisi Rəma Zeynalova deyir ki, burada 10 minə yaxın eksponat saxlanılır.

Eksponatlar arasında xalçalardan başqa, milli geyimlər, misgərlik və zərgərlik məmulatları, tikmə sənətinin nümunələrini görmək olar. Onlardan ən qədimi tunc dövrünə aiddir.

Burada qorunan ən qədim xalça isə 17-ci əsrə aid Qarabağ xalça qrupuna aid olan “Əjdahalı” xalçasıdır.

Muzeydə, həmçinin multimedia vasitələrindən istifadə olunur. Binanın müxtəlif yerlərinə yerləşdirilmiş monitorlarda xalçanın toxunması, alaçıqların qurulması kimi video roliklər nümayiş etdirilir.

Əlaqəli mövzular