Google yenilikləri: süni intellekt daha da genişlənir

VPS Fotonun müəllifi Google
Image caption Google-un yeni vizual yerləşmə sistemi

Əgər siz kompüter aləmindəki xəbərləri izləyirsinizsə, onda süni intellekt (Sİ) və maşın təlimi mövzusu sizin maraq dairənizdən kənarda qala bilməzdi.

Lakin adətən bu uzaq gələcəyin mövzusu kimi təsvir olunur.

Google proqramçılarının hər il keçirilən konfransı bu həftə şirkətin California-dakı qərargahında baş tutub.

Konfransda Sİ ilə bağlı bu günə qədər gördüyüm ən yaxşı tətbiqi konsepsiyalar nümayiş etdirildi.

Çox güman ki, bu tətbiqlər sizi təəccüblənməyə və hətta fəaliyyət sahəsini dəyişməyə sövq etməyəcək.

Amma onların meydana çıxması göstəri ki, Google bu konsepsiyaları tanıtmaq fikirlərini tərk etmir.

Bu il kimsə yeni qurğuların meydana çıxacağını gözləməsə də, şəxsi köməkçilər sahəsində, Sİ-də və hesablama texnikasında yeni inkişafın olacağı gözlənilirdi.

1. Google-un Lens tətbiqi

Google-un yeni Lens tətbiqi bazara çıxmasa da konfransda diqqət mərkəzində olub.

Fotonun müəllifi Google
Image caption Google Lens kodları tanıya və əllə mətn yığılmadan internetə birləşə bilər

Bu proqram real vaxtda vizual görüntülərin tanınmasında alqoritmlərin istifadə olunması əsasında yaradılıb.

Bu isə o deməkdir ki, siz smartfonun obyektivini gülə tuşlayan zaman tətbiq dərhal onun hansı növə aid olduğunu bildirir.

Proqramın nümayişində iştirak edənlər bu tətbiqdən vəcdə gəliblər: Belə ki kameranı internet-ruterin üstündəki sticker-ə tuşlayanda o hərf və rəqəmlərdən ibarət kodu avtomatik şəkildə qəbul edərək cihazı internetə bağlayır. Yəni parolu manual doldurmağa ehtiyac qalmır.

Bu tətbiqin digər istifadə misallarını təsəvvür etmək çətin deyil.

Məsələn, smartfon kamerasını restoranın loqosuna tuşlayanda o, dərhal müştərilərin rəylərini oxumaq və ya sonradan tərcümə etmək üçün xarici dildə olan menyunu skan etmək imkanı verə bilər.

Hələ ki, Google-un bu tətbiqi nə zaman standart seçiminə daxil edəcəyi məlum deyil.

Mənə elə gəlir ki, bu proqamı fotokamera və proqram təminatı ilə inteqrasiya etmək lazımdır.

2. VR Daydream platforması

Ötən il Google ucuz VR cihazını yaratmaq məqsədiylə smartfonla işləyəcək eynəyi nəzərdə tutan virtiual reallıq (VR) Daydream platforması üzərində işə başladığını elan etmişdi.

Bu il isə bu mövzu inkişaf edib. İlk olaraq Samsung Galaxy smartfonları Daydream platforması ilə işləyəcək. Bu günə qədər bu smartfonlar yalnız Facebook şirkətinə məxsus olan VR Oculus platformasıyla işləyirdilər.

Google həmçinin smartfonlarla istifadə olunacağı nəzərdə tutulmayan iki cür Daydream qualqcığı istehsal edəcəyini elan edib.

Bu sahədə şirkət HTC və Lenovo istehsalçıları ilə əməkdaşlıq edəcək. Yeni cihazlarda sürətləndirmə sensorları olacaq, daha dəqiq desək onlar sizin hərəkət edib etmədiyinizi müəyyən edəcək.

Müasir ucuz virtual qurğular istifadəçidən sabit vəziyyətdə olmasını tələb edir.

Konfransda VR cihazından başqa, xüsusilə təhsil sahəsi də daxil olmaqla əlavə reallıqla bağlı bir neçə maraqlı təcrübə nümayiş olunub.

3. Ağıllı fototətbiqlər

Google Photo proqramının hazırda 500 milyon istifadəçisi var. Bu proqram nümunələrin tanınması üçün alqoritmlərin istifadəsi əsasında yaradılıb və şəkilləri məzmununa görə müəyyən qrupa aid edir. Məsələn, tortun əks olunduğu şəkil "Doğum günü" kateqoriyasına düşür.

Fotonun müəllifi Google
Image caption Süni intellekt variantı müstəqil şəkildə lazım olmayan elementləri silərək şəkilləri redaktə edir
Fotonun müəllifi Google
Image caption ... Təqribən bu şəkildə

Növbəti mərhələ isə şəkillərin dərcinin tezləşdirilməsi prossesi olacaq.

Prezentasiya zamanı çoxlu şəkillərin çəkildiyi lakin sonradan onların istifadə edilmədiyi də müzakiə olunub.

Artıq bu proqram insan üzlərini tanıyan alqoritmləri özünə daxil edəcək. Məsələn, bu proqram dostunuzun şəklini tanıyaraq bu şəkli dərhal onunla paylaşmağınızı təklif edəcək.

Proqramın yeni versiyasına əlavə olunan süni intellekt elementləri şəkildə arzu olunmayan obyektləri ləğv etmək imkanı yaradır.

4. VPS - vizual yerləşdirmə sistemi

Bir çox adam GPS sistemi ilə çox yaxşı tanışdır. O, böyük məkanlarda yaxşı fəaliyyət göstərirsə kiçik sahələrdə onun effektifliyi aşağı düşür.

Google-un yeni VPS sisteminin bu çatışmazlığı aradan qaldıra bilər.

Üç ölçülü vizual texnologiyadan istifadə edən Tango sistemi ətrafdakı obyektləri axtarır və sizin yerinizi bir neçə santimetr dəqiqliyi ilə müəyyən etməyə qadirdir.

Bu proqramın imkanlarından pərakəndə satış sahəsində istifadə etmək mümkündür: Onun vasisətəsilə böyük mağazalardakı istehlakçılar onlara lazım olan məhsulu tapa bilərlər.

Problem isə ondadır ki, müasir smartfonlarda Tango texnologiyasından istifadə olunmur.

Lenovo şirkətinin bu cür smartfonları bu ilin sonunda satışa çıxarılacaq.

5. Google Home - şəxsi köməkçi

Google Home qurğusu, daha dəqiq desək şəxsi köməkçi artıq bir müddətdir ki, tətbiq olunur.

Lakin hələki bu proqram Amazon şirkətinin Alex qurğusundan geri qalır.

Google boşluqları aradan qaldırmaq üçün proqrama yeni funksiyaların daxil edildiyini bildirib.

Onlardan biri Home köməkçisi vasitəsilə zəng etmək və səsi tanımaq bacarığıdır.

Bu müxtəlif ailə üzvlərinə eyni anda köməkçidən istifadə etmək imkanını verir.

Bu qurğu artıq təkcə suallara sadəcə cavab verməyəcək, həm də əlavə məlumat təqdim edəcək. Məsələn, nəqliyyat tıxacları barədə xəbərdarlıq edəcək, kartdan və Google təqvimdən aldığı informasiyanı birlşədirərək təyin olunmuş tədbirlər barədə xatırladacaq.

Şirkət həmçinin xarici proqramçılara Google Home köməkçisini öz məhsullarına daxil etmək məqsədilə yeni SDK proqramlarını yazmaq üçün alətlər dəsti təqdim edir.

Bu addım Amazon şirkəti tərəfindən Alexa köməkçisinə dair atdığı addıma bənzəyir.

Bu şəxsən mənim xoşuma gəlmir: hər dəfə qurğunu hərəkətə gətirmək üçün "Ok. Google" ifadəsini yə məcbursan.

Zənnimcə, bu çox yorucu bir əlaqə vasitəsidir.

Google-un bu köməkçidən təkcə Android deyil, Apple mobil platformasında isifadə etmək cəhdləini də qeyd etmək vacibdir. Burda Google dünyada milyonlarla iPhone isifadəçisinin vərdiş etdiyi Siri köməkçisi ilə rəqabət aparacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş