22 mayda Bakıda bu avtobusların marşrut xətti dəyişdiriləcək

Sabah marşrut xətti dəyişdiriləcək avtobuslar açıqlanıb Fotonun müəllifi APA
Image caption Sabah marşrut xətti dəyişdiriləcək avtobuslar açıqlanıb

Bazar ertəsi səhərdən etibarən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi ilə əlaqədar olaraq Bakıətrafı kənd və qəsəbələrdə bəzi sərnişin avtobuslarının marşrut xətləri dəyişdiriləcək, Bakı Nəqliyyat Agentliyi bildirib.

BNA-nin sözçüsü Mais Ağayev bildirib ki, ümumilikdə 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq:

  • Zabrat-Maştağa istiqamətindən "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqaməti Bakıxanov dəmir yolu stansiyasına yönəldiləcək,
  • Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və "Həzi Aslanov" metro stansiyasına istiqamətləndiriləcək.
  • Ziya Bünyadov prospektindən 24 saylı marşrut xətti üzrə avtobuslar Əsədullayev-Y.Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q. Qarayev prospekti-Ş. Mirəzyev- T. Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək;
  • Əks istiqamətdə isə Ziya Bünyadov-Q.Qarayev-Ə. Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.
  • Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov-dəmir yolu stansiyası-Əfəndiyev-R. Qəmbərov-R. Rüstəmov-Ş. Mirəzyev-T. Abbasov-Ə. Vəliyev-Q. Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək;
  • Əks istiqamətdə isə avtobuslar Z. Bünyadov-Q. Qarayev-Ə. Vəliyev-M. Abbasov-Ş. Mirəzyev-Q. Qarayev prospekti - R. Rüstəmov- R. Qəmbərov-Əfəndiyev-Y. Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İslam Oyunları: "Azərbaycanın gələcəyi üçün çox xeyirxah işdir"

Bundan başqa, şəhər içində olan 6, 8, 33, 52, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti də dəyişdiriləcək:

88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökumət evi - Z. Əliyeva - R. Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.

1 və 13 nömrəli avtobuslar saat 17:00-dan etibarən müvəqqəti fəaliyyətini dayandıracaq.

2 nömrəli avtobus saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı Səməd Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.

4 nömrəli avtobus İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək.

5 nömrəli avtobus saat 16:00-dan etibarən N.Nərimanov - 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək.

21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən "Əhmədli" metrostansiyasından son dayanacağı "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək.

32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək.

46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək.

125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən "Azneft" dairəsinə qədər fəaliyyət göstərəcək.

Hava limanı ekspresi olan H1, 28 May küçəsi - R. Behbudov - S. Rəhimov - Xətai pr. - Babək pr. - N. Rəfiyev - A. Cəlilov - Nobel pr. - Zığ beton yolu - Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı - Zığ beton yolu - Nobel pr. - A. Cəlilov - K. Səfərəliyeva - 28 May küç. - "28 May" metrostansiyasına qədər fəaliyyət göstərəcək.

Bakı Olimpiya Stadionuna getmək istəyən şəxslər isə saat 17:00-dan 20:00-dək"20 Yanvar", "Gənclik" və ya "Qara Qarayev" stansiyalarından ekspress xətt avtobuslarından istifadə edə biləcək.

Fiziki məhdudiyyətli şəxslər isə "Gənclik" metrosunun yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə biləcək.

Bu barədə daha geniş