İslam Həmrəylik Oyunları: xərc və gəlirlərin ilkin miqdarı açıqlanıb

Yarışda 54 ölkə iştirak edib Fotonun müəllifi Dan Mullan/ Getty
Image caption Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkə iştirak edib

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bilet satışından təxminən 3 milyon manata yaxın gəlir götürülüb, deyə gənclər və idman naziri Azad Rəhimov ilkin rəqəmləri açıqlayıb.

O qeyd edib ki, 59 ölkədən 360 min tamaşaçıya bilet satılıb.

Nazir həmçinin bildirib ki, açılış və bağlanış mərasimlərinin keçirilməsinə 20 milyon dolların xərclənməsi nəzərdə tutulub.

Bazar ertəsi Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi baş tutub.

54 ölkənin iştirak etdiyi yarışda hələlik ən çox qızıl medal qazanan ölkə Azərbaycandır. Ölkə indiyədək 162 medal qazanıb, bunlardan 75-i qızıl, 50-i gümüş və 37-i bürüncdür.

İslam Həmrəyliyi Oyunlarında ən çox medal qazanan ölkə isə Türkiyədir. Ölkə ümumilikdə 195 medal qazanıb, bunlardan 71-i qızıl, 67-i gümüş və 57-i bürüncdür. Türkiyə yarış cədvəlində ikincidir.

Oyunlarda üçüncü yerdə 98 medalla İrandır. Bunlardan 39-u qızıl, 26-ı gümüş və 33-ü bürünc medaldır.

Beşinci İslam Həmrəyliyi Oyunlarının 2021-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Mərasim zamanı yüzlərlə aktyorun iştirakı ilə müxtəlif səhnəçiklər nümayiş etdirildi. Daha sonra yarışda iştirak edən atletlər birgə tamaşaçıları salamladı.

Bakı Olimpiya Stadionunda qurulmuş səhnədə diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan "Həyat ağacı" yerləşdirilib.

Mərasim zamanı "Bakı-2017" Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxış edib.

Daha sonra oyunların bayrağı "İstanbul-2021" V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə olan Türkiyənin Gənclər və İdman nazirinin müavini Kamuran Özdenə təqdim edilib.

Mərasim yerli müğənnilərin mahnıları ilə davam edib.

Fotonun müəllifi photo.azertag.az
Image caption Ölkənin birinci vitse prezidenti və qadın güləşçilər

Yarışmada hələ ki Özbəkistan 5-ci, Bəhreyn 6-cı, Əlcazəir isə 7-ci sıradadır.

Oyunlarda iştirak edən 54 ölkədən 40-ı medal əldə etsə də, 14 ölkə buna nail ola bilməyib.

APA-nın verdiyi məlumata görə bağlanış mərasimi, direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərlik etdiyi dünya şöhrətli "Betty Productions Ltd" şirkəti, eləcə də beynəlxalq bədii, səhnə və texniki heyətlər tərəfindən hazırlanıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə ediləcəyi deyilir.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi mayın 12-də baş tutub.

Bu yarışlarda 54 ölkədən 3000-dən çox atlet 21 idman növü üzrə mübarizə aparıb.

Fotonun müəllifi azertag.az
Image caption Islamiadada basketbol üzrə Azərbaycan qızıl, Qətər gümüş, Türkiyə komandası isə bürünc medallar qazanıb

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir.

İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.

Sayca II İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salınıb və sonradan ləğv olunub.

Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutub.

İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası, Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verib.

Bakıda keçirilən Oyunların bağlanış mərasimi bazar ertəsi Bakı Olimpiya Stadionunda baş tutacaq.

Ölkə prezidentinin sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafat təyin olunub.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 50, məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30, məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20, məşqçisinə isə 10 min manat mükafat veriləcək.

Sərəncamın bunun idmançılara ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə verildiyi qeyd olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş