Kadırovun iki övladı birlikdə onun özündən çox qazanıblar

Рамзан Кадыров Fotonun müəllifi Yelena Afonina\tass
Image caption Hesabata əsasən Kadırovun iki övladı birlikdə ondan daha çox gəlir əldə edib

Çeçenistan respublikasının başçısı Ramzan Kadırov hökumətin rəsmi saytında gəlirləri barədə hesabat yerləşdirib. Hesabata əsasən onun iki həddi-buluğa çatmamış uşağının gəliri ötən il 20 milyon rubl təşkil edib.

Hesabatda Çeçenistan başçısının 2016-cı ildə şəxsi gəlirlərinin 11,5 milyon rubl (təqribən 200 min ABŞ dolları) təşkil etdiyi qeyd olunub. Kadırovun xanımının gəliri isə həmin dövrdə 2,1 milyon rubl (37 min dollar) olub.

Kadırovun 12 övladından həddi-buluğa çatmamış iki uşağı birlikdə 9,5 milyon rubl (175 min dollar) qazanıblar. Kadırovun digər 10 uşağı isə heç bir qazanc əldə etməyib.

Kadırovun modelyer kimi fəaliyyət göstərən xanımı Medni 2009-cu ildə Qroznıda Firdaws modalar evi yaradıb. Bu modalar evi islam ənənələrinə uyğun libaslar hazırlayır. Kadırovun 12 övladı var, onlardan ikisi sonradan övladlığa götürülüb.

Mətbuatın yazdığına görə. Kadırovun 18 yaşlı qızı Ayşad Kadırova anasının yaratdığı modalar evinə başçılıq edir.

2015-ci ildə gəliri 6 milyon rubl olan Kadırovun 2016-cı ildə gəliri təqribən iki dəfə artıb. Onun xanımının gəliri isə 2015-ci ildə 2,8 milyon (49.484 USD) rubl təşkil edib.

Aprel ayında Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitriy Medvedev də gəlirləri barədə hesabat vermişdilər. 2016-cı ildə Putinin gəlirləri 8,86 milyon rubl (156.583USD) , Medvedevin gəlirləri isə 8 milyon 586 minrubl (151.740 USD ) təşkil edib.

Rusiya Dövlət Dumasının deputatlarından ən çox gəliri Andrey Palkin öz deklarasiyasında göstərib. "Vahid Rusiya" partiyasının üzvünün gəliri 678,4 milyon rubl (11.989 USD ) təşkil edib.

Lakin onun gəliri 2015-ci illə müqayisədə iki dəfə aşağı düşüb. 2015-ci ildə deputatın gəliri 1,5 milyard dollar (26509 USD) təşkil edib.

Bu barədə daha geniş