Dekan müavini tələbəni "böhtan və təhqir maddələri ilə ittiham edir"

Yasamal Rayon Məhkəməsi

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin vəkilləri böhtan maddəsilə məhkəməyə verdiyi tələbə Zəka Mirağayevə qarşı yeni ittiham irəli sürüb.

IV kurs tələbəsi Mirağayev son aylarda bir sıra media orqanlarına müsahibəsində, həmçinin sosial şəbəkələrdə BDU-nin İlahiyyat fakültəsində "rüşvət halları olduğunu" deyib və dekan müavini isə onun bu ittihamlarını "böhtan" kimi nəzərdən keçirdiyi üçün məhkəməyə müraciət edib, məhkəmədə səsləndirilib.

Təqsirləndirilən Mirağayevin vəkili Elçin Sadıqov məhkəmədən sonra, BBC Azərbaycancanın müxbiri Günel Səfərovaya iddiaya əlavənin icraata qəbul olunmasına etiraz edərək bunun "qanunauyğun olmadığını" deyib.

İddiaçı tərəf tələbə Zəka Mirağayevin cinayət Məcəlləsinin 147.2, ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə cəzalandırılmasını tələb edir.

Cümə axşamı Yasamal rayon məhkəməsində keçirilən məhkəmə baxışında isə dekan müavininin vəkilləri tələbənin Cinayət Məcəlləsinin 148-ci, təhqir maddəsi ilə də cəzalandırılmasını istəyib.

"Qanun pozuntusu"

Elçin Sadıqov BBC Azərbaycancaya deyib ki, məhkəmə iclası "cinayət prosessual qanunvericiliyin kobud şəkildə pozulması" ilə keçirilib.

Onun sözlərinə görə, məhkəmə Zəka Mirağayevi təqsirli hesab edərsə onu 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

"... hətta cəzaları tam toplayıb 3 il 6 ay da azadlıqdan məhrum edə bilərlər", o deyib.

Növbəti məhkəmə prosesi iyun ayının 8-nə təyin edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş