Bloqçu Lapşinin istintaqı yekunlaşıb

Aleksandr Lapşin Fotonun müəllifi Courtesy Photo
Image caption Aleksandr Lapşin 2011-ci ildə Qarabağa səfər etdikdən sonra, Azərbaycan XİN tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib

Azərbaycanda həbsdə olan bloqçu Aleksandr Lapşin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb, vəkil BBC Azərbaycancaya deyib.

Bloqçunun vəkili Eduard Çernin deyib ki, işlə tanış olduqdan sonra baxılmaq üçün məhkəməyə göndəriləcək.

Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib.

Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb.

Bloqçu Qarabağa "2011-ci ildə qanunsuz olaraq səfər etdiyinə və bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə" ittiham olunaraq Azərbaycanın sorğusu nəticəsində dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Aleksandr Lapşin bu il fevralın əvvəlində Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib.

Əlaqəli mövzular

Bu barədə daha geniş