Azərbaycan: helikopter məcburi eniş edib

Neft yataqları Fotonun müəllifi Reuters
Image caption Neft daşlarına yollanan helikopter Çilov adasına eniş edib.

Şənbə günü "Neft Daşları" yatağına yollanan helikopter Xəzər Dənizindəki Çilov adasına məcburi eniş etmişdir, AZAL şirkəti bildirir.

Hadisə vaxtı "Мi-8"-in göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub.

"Onlardan heç biri xəsarət almamışdır, - açıqlamada deyilir. - Həmçinin hava gəmisi də zərər görməmişdir".

"Silkway Helicopters Services aviaşirkəti"nə məxsus helikopterin enişinə "mühərriklərdən birinin imtina etməsi" olmuşdur.

Hadisəni araşdırmaq məqsədilə xüsusi komissiyanın yaradıldığı bildirilir.

Əlaqəli mövzular