5 fotoda: "Qaçaqmalçılıqda" ittiham edilən müxalifətçi, ilk robot polis və...

Keçdiyimiz həftə dünyada və Azərbaycanda baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi REVAN SEYFULLA

1. AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidməti həmçinin bildirib ki, sədr müavini barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb.

Fotonun müəllifi STEFAN ROUSSEAU/ Getty

2. ABŞ prezidenti Donald Trump NATO müttəfiqləri ilə danışıqlar aparmaq üçün Brüsselə gedib.

NATO toplantısında alyansın, İD və cihadçılara qarşı ABŞ-ın mübarizə planı ilə razılaşacağı gözlənilir.

Fotonun müəllifi BEN STANSALL/ Getty

3. İngiltərənin Manchester şəhərində qapalı arenaya hücum nəticəsində 22 nəfər həlak olub, təxminən 60 nəfər xəsarət alıb.

Partlayış gecəyarıya yaxın amerikalı müğənni Ariana Grande-nin konsertindən sonra baş verib. Britaniya polisi hücumu törədən şəxsin 22 yaşlı Salman Abedin olduğunu açıqlayıb.

4. Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altında olan Xocalı hava limanından "uçuşların keçirilməsi"nə dair xəbərlərdən sonra, belə planları "təxribat" və "qanun pozuntusu" adlandırıb.

Xankəndində yerləşən Xocalı hava limanından uçuşların "həyata keçirildiyinə" dair ilkin məlumatlar Ermənistan mediasında yayılıb.

Fotonun müəllifi Dubai Media Office

5. Dubayda polis əməkdaşları şəhərdə vəzifəsini icra etməyə başlayacaq ilk robotu ictimaiyətə təqdim ediblər.

Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turistlərin ziyarət etdiyi yerlərə nəzarət edəcəklər.

Əlaqəli mövzular