Azərbaycan hərbi təlimlər keçirir
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanda Raket və Artilleriya birləşmələrinin təlimləri keçirilir

Azərbaycan Silahlı Qüvvələrin cari il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir.

Müdafiə Nazirliyi xəbər verir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Məlumatda həmçinin deyilir ki, təlimlərdə təcrübi döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

Əlaqəli mövzular