Əfqan Muxtarlı barədə 3 ay həbs qətimkan tədbiri seçilib
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Əfqan Muxtarlının həbsi: "Mollanı gətirirlər, yasa gələ bilər general"

Səbail Rayon Məhkəməsinin qərarı ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Jurnalist "sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və sərhəd xidmətinin gizirinin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə" ittiham edilir.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Əfqan Muxtarlı məhkəmədə onu Gürcüstanda saxlayanların polis geyimində olduğunu bildirib.

Azərbaycanın və Gürcüstanın sərhəd yoxlama məntəqələrindən avtomobilin içində başı örtülü şəkildə keçirildiyini deyən jurnalist, onu daşıyan sonuncu avtomobilin "qapısının qabaqdan arxaya dartılaraq açılan qapı" olduğunu və "mini-van tipli maşın" olduğunu düşünür, vəkil bildirib.

Elçin Sadıqov məhkəməyə ekspertin çağırılıb Əfqan Muxtarlını müayinədən keçirməsinə dair və dövlət nəzarət məntəqəsindən müşahidə kameralarının video yazılarnın gətirilməsini tələb edən vəsatətlərin məhkəmə tərəfindən təmin edilmədiyini də bildirib.