Prezident Kamal Abdullayevi Azərbaycan Dillər Universitetinin rektoru təyin edib

ADU həyəti
Image caption Çərşənbə axşamı ADU-nun IV kurs tələbələri 2008-ci ildə ləğv edilən və 2016-cı ildə bərpa olunmuş dövlət imtahanının ləğvini tələb ediblər

Azərbaycan Prezidenti İlham Əliyev 1 iyun 2017-ci il tarixli sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayevi Azərbaycan Dillər Universitetinin (ADU) rektoru təyin edib.

Kamal Abdullayev Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri və Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür.

Bir gün əvvəl, ADU-iun Elmi Şurası tələbələrin tələbi ilə 720 sual və 55 esselik dövlət imtahanını "ləğv edib", əvəzində iki seçim verib:

"Bizim xeyrimizə qərar verilib. Ya 5 səhifəlik elmi iş, ya da ki iki fəndən hərəsi 50 sual olmaqla test yazacağıq", pedoqoji fakültənin tələbələrindən biri bildirib.

Çərşənbə axşamı ADU-nun IV kurs tələbələri 2008-ci ildə ləğv edilən və 2016-cı ildə bərpa olunmuş dövlət imtahanının ləğvini tələb edib.

Etirazlar vaxtı, ADU rektoru Əfqan Abdullayev mediaya bildirmişdi ki, etiraz edənlərin əksəriyyəti "oxumayan tələbələrdir".

Əlaqəli mövzular

Bu barədə daha geniş