Prezident Adminstrasiyasında struktur dəyişikliyi

Prezident Administrasiyası Fotonun müəllifi KIRILL KUDRYAVTSEV

Azərbaycan Prezident Administrasiyasının yeni strukturu məlum olub. Bu struktur əvvəlkindən bəzi vəzifələrin ləğv olunması ilə fərqlənir.

Prezident.az saytındakı məlumata görə Prezident Administrasiyasının rəhbəri vəzifəsi dəyişməz qalıb.

Bu arada Administrasiya rəhbəri Ramiz Mehdiyevin müavini, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, dövlət müşaviri Vahid Əliyevin rəhbərlik etdiyi xidmət yeni strukturda artıq mövcud deyil.

Sənəddə Vahid Əliyevin adı çəkilmir.

Yeni strukturda Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidməti və Dövlət müşaviri Vahid Axundovun adı da əks olunmayıb.

Prezident.az saytında dərc olunmuş strukturda administrasiyanın humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin adı da yoxdu.

Adı çəkilən rəsmilərin yeni təyinatına dair məlumat verilmir.

Bu arada Natiq Əmirovun başçılıq etdiyi iqtisadi islahatlar üzrə prezident köməkçisinin xidməti yeni strukturda mövcud deyil.

Natiq Əmirov isə Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri vəzifəsini tutur.

Əlaqəli mövzular