İmtahana qarşı üsyan, "əlləri bağlı" jurnalist, müqəddəs ay başlandı - 5 fotoda

Keçdiyimiz həftə Azərbaycanda və dünyada baş vermiş hadisələrə fotoların gözü ilə baxış.

1. Səbail Rayon Məhkəməsinin qərarı ilə Gürcüstanda yaşan müxalif jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş prokurorluq cənab Muxtarlının "mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra saxlanıldığını" deyib. O, qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq və dövlət sərhəd xidməti əməkdaşına zor tətbit etməkdə ittiham olunur.

Əfqan Muxtarlı məhkəmədən sonra belə qarşılandı

Jurnalistin vəkili Elçin Sadıqova bildirib ki, Tbilisidə zorla saxlanıb və "əlləri bağlı" Azərbaycan sərhədinə gətirilib. Gürcüstanın Daxili İşlər Nazirliyi Əfqan Muxtarlı barədə təhqiqat aparıldığını bəyan edib.

2. Azərbaycan Dillər Universitetinin (ADU) dördüncü kurs tələbələri dövlət imtahanın ləğv edilməsi tələbi ilə etiraz nümayişi keçiriblər.

Universitetin Elmi Şurası tələbələrin tələbi ilə 720 sual və 55 esselik dövlət imtahanını "ləğv edib", əvəzində onlara iki seçim verib: "Ya 5 səhifəlik elmi iş, ya da ki iki fəndən hərəsi 50 sual olmaqla test".

Tələbələrin etirazı

Prezident İlham Əliyevin sərəncamı ilə Kamal Abdullayev ADU-nun rektoru təyin edib. O, bu vəzifədə Əfqan Abdullayevi əvəzləyib.

Fotonun müəllifi Win McNamee/ Getty

3. Prezident Donald Trump elan edib ki, ABŞ qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilir.

Cənab Trump Paris sazişini ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib. Onun bu addımı etirazlarla qarşılanıb.

Fotonun müəllifi Instagram/Paul Pogba

4. Bütün dünyada müsəlmanların oruc tutaraq ibadət etdiyi müqəddəs Ramazan ayı başlayıb.

Dünyanın ən bahalı futbolçusu Paul Pogba Ramazan ayının başlaması ilə əlaqədar Məkkəni ziyarət edib.

O, Məkkədə çəkdirdiyi fotoşəklini sosial şəbəkələrdə paylaşaraq yazıb: "Həyatımda gördüyüm ən ecazkar yer".

Fotonun müəllifi Paolo Bruno/ GETTY

5. "Roma"nın əfsanəvi kapitanı Francesco Totti illərdir oynadığı kluba vida edib.

Klubun heyətində son oyunundan sonra meydançaya qayıdan futbolçu göz yaşlarını saxlaya bilməyib. Onunla birgə komanda yoldaşları və azarkeşlər də ağlayıb. Totti, xanımı və 3 uşağı ilə birlikdə meydançanı fırlanıb.

Videoları izləmək üçün YouTube kanalımıza abunə olun

Əlaqəli mövzular