Hökumət: Skype, Viber, WhatsApp və digər proqramlar bərpa edilib

Ramin Quluzadə Fotonun müəllifi APA
Image caption Ramin Quluzadənin idarə etdiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin bəyanatı həftələrlə çəkən sükutdan sonra dərc edilib.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi şənbə günü dərc etdiyi bəyanatda "Skype, Viber, WhatsApp və digər onlayn kommunikasiya promramlarından yerli və beynəlxalq əlaqə" üçün istifadəsinin bərpa edildiyini açıqlayıb.

Bəyanatda bildirilir ki, Azərbaycanda "keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə... məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdır".

Bu dövrdə "bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması"na yönələn işlərin də həyata keçirildiyini bəyan edən nazirlik, "texniki yeniləmə" işlərinin başa çatdığını və nəticədə Azərbaycanda bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələri bərpa edildiyini bildirib.

Bu əlaqə proqramlarına olan məhdudiyyətlər həftələr öncə başlayıb və rəsmi izahın olmaması səbəbindən bir çox təxminlərin əmələ gəlməsi ilə nəticələnib.

İki həftə boyunca BBC Azərbaycanca Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müracitə etsə də, məhdudiyyətlər barədə şərh ala bilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş