Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirir

tanklar Fotonun müəllifi MOD
Image caption Foto: (Arxiv)

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələri Tbilisi şəhərində birgə təlim keçirir.

Təlim "Qafqaz Qartalı" adlanır və hər üç ölkənin Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən baş tutur.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlim iyunun 14-dək davam edəcək.


Həmçinin oxuyun:


Bir neçə gün öncə Dağlıq Qarabağda da "DQR Müdafiə Nazirliyinin 2017-ci il hazırlıq planı çərçivəsində" döyüş atəşi ilə alay-taktiki təlimlər keçirilib.

Bu barədə "tanınmamış DQR Müdafiə Nazirliyinin" mətbuat xidməti xəbər verib.

Mayın 29-dan iyunun 2-dək davam edən təlimlərə cənub istiqamətində yerləşən birləşmələrdən biri və onun tabeliyində olan hərbi hissələr cəlb edilib.

Təlimlərdə "2016-cı il aprel müharibəsi zamanı döyüş əməliyyatların xüsusiyyətləri, eləcə də rəqib tərəfin mümkün hərəkətləri" nəzərə alınıb, məlumatda deyilir.

2 iyunda döyüş atəşləri mərhələsində təlimlərin gedişini həmçinin "Dağlıq Qarabağ Respublikasının müdafiə naziri, müdafiə ordusunun" komandanı general-leytenant Levon Mnatsakanyanın müşahidə etdiyi bildirilir.

Hərbi təlimin məqsədi döyüş əməliyyatları zamanı şəxsi heyətin hərəkətlərini, onların rəqibin silahlı birləşmələrini dağıtmaq hazırlığını yoxlamaqdır, məlumatda qeyd edilir.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

Bu barədə daha geniş