Dünya Bankı: Bu il Azərbaycanda "iqtisadi böhran davam edəcək"

Dünya Bankası foto Fotonun müəllifi Getty Images

Dünya Bankının (DB) Global Economic Prospects June 2017 (Qlobal İqtisadi Perspektivlər iyun 2017 nəşri) hesabatında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,4 faiz azalacağı proqnozlaşdırılıb. Bu isə DB-nin yanvardakı proqnozundan 2,6 faiz aşağıdır.

DB dünya iqtisadiyyatının bu il ümumilikdə 2,7 faiz artacağını, şərqi Avropa və keçmiş Sovet ölkələrində iqtisadi artımın bərpa ediləcəyini deyir.

Lakin Azərbaycan üçün DB-nin proqnozları bu il ÜDM-nin 1,4 faiz azalacağını, 2018-ci ildə 0,6 faiz artacağını və 2019-cü ildə 1,3 faiz artacağını ehtimal edib. 2016-cı ildə isə Azərbaycan iqtisadiyyatının 3,8 faiz endiyi ehtimal olunur.


Həmçinin oxuyun:


Hesabatda deyilir ki, 2016-cı ilin ikinci yarısında artan neft qiymətləri və dövlət xərclərinin sürətində yavaşlama büdcə defisitinin bir qədər azalmasına kömək edib.

Dövlət Neft Fondunun aktivləri Azərbaycanın büdcəsində çatışmasızlığın yaratdığı təyziqi azaltmağa kömək edib, DB bildirib.

Hesabatda deyilir ki, 2017-ci ilin ilk aylarından əldə edilən göstəricilər Azərbaycanda iqtisadi sağlamlığın bərpasının kiçik bir nümunəsi ola bilər.

Regionda Rusiya, Qazaxıstan və Ukraynada bu il ÜDM-nin artması proqnozlaşsa da, Azərbaycanda bank sisteminin zəifliyi, sıx pul-kredit və büdcə-vergi siyasəti səbəbindən ölkənin ÜDM-i bu il enməyə davam edəcək, DB deyir.

Bu kəskin iqtisadi fərqlənmənin səbəbini izah edən hesabat bildirir ki, ölkədə 2016-cı ildə qeyri-neft sektorunun enməsi 2015-ci ildə manatın devalvasiyaya uğraması ilə Azərbaycanın dollarlaşmış bank sektorundakı böhranın nəticəsi olaraq yaranan kredit sıxlığından mənbələnir.

Azərbaycanda iqtisadi perspektivləri gələcək üçün mənfiləşdirən digər səbəblər isə bank sektorunda gərginlik və aktivlərin keyfiyyətsizliyidir, DB bildirib.

DB Azərbaycanın bank sektorunda islahatların iqtisadi sağlamlığın bərpa edilməsinə kömək edəcəyini deyir. Lakin hesabat, həmçinin bu islahatların gözləniləndən daha uzun müddət çəkəcəyinə ehtimal olduğunu deyib.

DB bildirib ki, Azərbaycanın iqtisadiyyatına problemlər yaradan digər təhlükələrdən biri isə, Ermənistanla bir daha müharibəyə dönüşdür. Bu investorların və istehlakçıların etimadına pis təsir edə bilər, DB bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş