Britaniya məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxarıb

Beynəlxalq Bank Fotonun müəllifi ABB
Image caption ABB restrukturlaşdırma planını mayın 23-də Londondakı kreditorlara təqdim etmişdi.

Azərbaycanın ən böyük kreditoru olan Azərbaycan Beynəlxalq Bankı (ABB) bildirir ki, Birləşmiş Krallığın məhkəməsi onu dəstəkləyən qərar çıxarıb.

London məhkəməsinin hökmü ABB-nin borclu olduğu kreditorların onu Britaniyada məhkəməyə verməsini qadağan edir.

Beləliklə, bu qərar Azərbaycan bankına 3, 3 milyard dollarlıq borcunun restrukturizasiyası üçün vaxt tanımış olub.

Ötən ay ABŞ məhkəməsi də ABB-ni müdafiə edən buna bənzər qərar qəbul etmişdi.

Azərbaycan dövlətinin nəzarətində olan ABB bəyan etmişdi ki, bəzi öhdəlikləri üzrə ödənişlərini dayandırır və borclarının restrukturizasiyasına başlayır.

Neft qiymətlərinin düşməsi nəticəsində yaranmış borcların əksəriyyəti xarici kreditorlardır.

ABB restrukturlaşdırma planını mayın 23-də Londonda borclu olduğu kreditorlara təqdim etmişdi. Plana görə kreditorlara borc pulunun əvəzində müddətli istiqrazların götürülməsi təklif edilirdi.

Bu o demək idi ki, kreditorlar borcların qaytarılması müddətinin uzadılmasına razılaşmalı idilər. Lakin göründüyü kimi onlar London məhkəməsinə müraciət ediblər.

ABB-nin internet saytında xəbər verilir ki, indi artıq bankın aktivlərinə və borc öhdəliklərinə qarşı məhkəmə icazəsi olmadan hüquqi müstəvidə çəkişmə açıla bilməz.

Fitch Ratings ABB-nin kredit reytinqini CCC-dən RD-yə (Restricted Default) keçirib və onu ümumiyyətlə Rating Watch Evolving siyahısından çıxarıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş