Energetika naziri Natiq Əliyev vəfat edib

Natiq Əliyev Fotonun müəllifi FAYEZ NURELDINE/AFP/Getty Images
Image caption Natiq Əliyev 2013-cü ilin 22 oktyabrından Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilib

Ürəyində problemlər yaranandan sonra Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev vəfat edib.

Bu barədə məlumatı Energetika Nazirliyinin sözçüsü Zəminə Əliyeva BBC Azərbaycancaya təsdiqləyib.

Natiq Əliyev kim idi?

Məlumata görə, nazirin vəziyyəti qəfildən pisləşib və həkimlərin müdaxiləsi yetərsiz olub, APA yazır.

69 yaşlı nazirin səhhətində həftə əvvəlində baş verib və iyunun 4-5-nə keçən gecə o, Türkiyəyə aparılıb.

İstanbul Florence Nightingale xəstəxanasından reanimasiya şöbəsinin həkimi Emine Öklü BBC Azərbaycancaya Natiq Əliyevin gecə saatlarında gətirildiyini və hazırda daxili xəstəliklər reanimasiyasında vəziyyətinin stabil olduğunu deyib.

O, həmçinin əlavə edib ki, Natiq Əliyevin vəziyyəti təqib edilir və hələ ki, "əməliyyat barədə hansı addım atılacağı təsdiqlənməyib".

Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub.

O, Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib.

1993-cü ildən 2005-ci ilə qədər o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri vəzifəsində çalışıb.

2005-ciildən 2013-cü illədək Azərbaycan Respublikası Sənaye və Energetika Naziri vəzifəsində işləyib.

2013-cü ilin 22 oktyabr tarixində isə o, Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilib.

Natiq Əliyev neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndis" fəxri adı, Müstəqil Dövlətlər Birliyinin "Əməkdar energetiki" fəxri adı və digər diplom, medal və ordenlərə malikdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş