Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Fikrət Fərəməzoğlunun hökmü: vəkili və yoldaşı qərarı ədalətsiz sayır

Çərşənbə günü JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum edilib.

Son sözündə, Fikrət Fərəməzoğlu özünü günahkar bilmədiyini, istintaqın saxta olduğunu və prosesdə "ədalətsizliklər" gördüyünü deyib.

Həbsinin "sifarişli" olduğunu deyən cənab Fərəməzoğlu təqibini polis orqanlarını "kəskin tənqid" etməsilə əlaqələndirib.

Ötən ilin iyul ayında həbs edilən "JAM.az" saytının rəhbəri Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edilib.

O, həbs edilərkən Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cənab Fərəməzoğlu "bir restoran sahibindən 3000 manat alarkən" saxlanılıb.

Jurnalist və vəkilləri bu ittihamları təkzib edir və həbsin "siyasi motivli" olduğunu qeyd edirlər.

Fotonun müəllifi Courtesy photo

Azərbaycan hakimiyyəti heç kimin siyasi motivlərlə həbs edilmədiyini bildirir.

Bu barədə daha geniş