Azərbaycana terrorçuluqdan təhlükə varmı?

Jaish al-Islam fighter Fotonun müəllifi Getty Images
Image caption Suriya, İraq və Əfqanıstan kimi ölkələrdə cihadçı qruplaşmalarda döyüşən Azərbaycan vətəndaşları qayıtdıqdan sonra Azərbaycana təhlükə yarada bilərlər mi?

Azərbaycana qonşu ölkələr son aylarda özünü İslam Dövləti adlandıran qruplaşmanın üzvlərinin törətdiyi terror aktlarına məruz qalıblar. Bəs regionda zəifləyən təhlükəsizlik mühitinin Azərbaycana yayılması təhlükəsi nə dərəcədədir?

Cihadçı azərbaycanlılar

Bu suala cavab tapmağı çətinləşdirən Azərbaycanda, özünü İslam Dövləti adlandıran qruplaşmanın fəaliyyəti barədə məlumatın az olmasıdır.

Hüquq-mühafizə orqanları İD və onun tərəfdarlarının Azərbaycandakı fəaliyyəti və mövcudluğu barədə məlumatları nadir halda paylaşılır.

2015-ci ildə dərc etdiyimiz təhlildə Suriyada İD və digər silahlı qruplaşmalarla döyüşən Azərbaycan vətəndaşlarının sayını 500-600 arasında olduğu barədə ehtimalları qeyd etmişdik.

Lakin bu ilin mart ayında, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev indiyədək 900-ə yaxın Azərbaycan vətəndaşının terrorçu təşkilatlara qoşulduğunu deyib.

DTX rəisi bu şəxslərdən 84-ə qarşı cinayət işi açıldığını və 54 nəfərin vətəndaşlıqdan xaric edildiyini deyib.

Ekspertlərin təhlili

Britaniyalı beynəlxalq əlqalər ekserti Dennis Sammut Azərbaycanda terror hücumuna ehtimalın çox az olduğunu deyib.

"Bir çox keçmiş döyüşçü həbs edilib, ittihamlarla üzləşib və məhkum edilib", o bildirir.

Azərbaycanın ölkə daxilində cihadçı şəbəkənin böyük hissəsinin məhv etdiyini qeyd edən təhlilçi Azərbaycan hakimiyyətinin kifayət qədər fəal olduğunu deyib.

"Biz gərək terrorun təhlükəsinin şişirtməyək", o deyib.

Lakin azərbaycanlı təhlükəsizlik eksperti Üzəyir Cəfərli bölgədəki qonşu ölkələrlə müqayisədə Azərbaycanın terrordan nisbətən təhlükəsiz olduğuna baxmayaraq heç bir ölkənin "terrordan sığortalanmadığını" vurğulayıb.

Son zamanlar ABŞ, Britaniya, Fransa, İran, Rusiya və Türkiyə kimi ölkələrdə baş vermiş terror aktlarını xatırladaraq, Üzeyir Cəfərli heç bir ölkənin təhlükəsiz olmadığını deyib.

Cənab Sammut mövcud təhlükənin, bir qisminin xaricdə döyüşüb və Azərbaycana qayıdan döyüşçülərdən gəldiyini, digər qisminin isə Azərbaycandan keçərək Şimali Qafqaza qayıtmağa cəhd edən cihadçı döyüşçülərdən təşkil olduğunu deyib.

"Lakin yəqin ki, bu şəxsləri Azərbaycanda nəsə etmək maraqlandırmayacaq... ona görə də biz bu təhlükəni şişirtməməliyik", o qeyd edib.

Adının çəkilməsini istəməyən qərbli təhlilçi cihadçı təşkilatlara qoşulan Azərbaycan vətəndaşlarının sayının azalmasında ən mühüm rolu regionun dəyişən vəziyyəti olduğunu vurğulayıb.

"Türkiyədən keçib İD-ə qoşulmaq çətinləşdikdən sonra və İD-ə qoşulmağın məhv edilmək üçün birbaşa bilet olduğu aydın olduqdan sonra, bir çox insan bu təşkilatlara qoşulmağın əzabından keçmək istəmədikləri qərarına gəliblər", o deyib.

Üzeyi Cəfərli İD kimi təşkilatlarla döyüşüb Azərbaycana qayıtmağa cəhd edən şəxslərin təqib edilərək həbs edilməsini "doğru qərar" adlandırıb.

O, "İŞİD məktəbini keçənlərin" nəyə qadir olduqlarını ehtimal etməyin çətin olduğuna görə risk almamağın düzgün addım olduğunu deyib.

Bu barədə daha geniş