Tək etiraz nümayişi keçirən AXCP üzvü "cərimələnib"

Füzuli Hüseynov

Bakının mərkəzində tək etiraz nümayişi keçirən AXCP üzvü Füzuli Hüseynov çərşənbə axşamı Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnib. Bunu BBC Azərbaycancaya cənab Məmmədovun oğlu Fikrət Məmmədov təsdiqləyib.

Bazar ertəsi Bakıda 28 may metrosunun yaxınlığında "siyasi məhbuslara azadlıq" şüarı ilə tək və səssiz nümayiş keçirən Füzuli Məmmədov polis tərəfindən saxlanılıb.

Vəkil Bəhruz Bayramov bildirib ki, cənab Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq maddəsilə ittiham edilib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini də qeyd edib.

Nümayiş zamanı Füzuli Hüseynov BBC Azərbaycancaya deyib ki, bu onun üçüncü nümayişidir.

O, ilk nümayişi zamanı da polis tərəfindən saxlanıldığını bildirib və qeyd edib ki, "etiraz etmək onun konstitusion hüququdur".

"Bir da keçirdiyim piketə müdaxilə edilsə, mən etirazımın formatını dəyişib, müddətsiz aclığa başlayacam", o bazar ertəsi deyib.

O bildirib ki, etiraz etməkdə əsas məqsədi ölkədə olan "siyasi məhbusların azadlığa buraxılmasıdır".

Hüquq müdafiəçiləri və beynəlxalq hüquq təşkilatları Azərbaycanda bir sıra "vicdan və siyasi məhbusun" olduğunu desə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir və ölkədə heç kimin siyasi motivlərlə həbs edilmədiyini deyir.

Bu barədə daha geniş