Moldova prezidenti Azərbaycandadır

Cümə axşamı Moldovanın prezidenti İgor Dodon Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. Fotonun müəllifi azertag.az

Azərbaycanda səfərdə olan Moldovanın prezidenti İgor Dodon cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib.

Azərtac dövlət agentliyi xəbər verir ki, iyunun 22-də İqor Dodonun rəsmi qarşılanma mərasimi olub.

Ötən il Moldovanın prezidenti seçilən İgor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Onun Azərbaycanda bir sıra görüşlər keçirəcəyi deyilir.

Rusiyapərəst yönümlü olduğu deyilən cənab Dodon Moldovada son 20 ildə ilk birbaşa seçilmiş prezidentdir.

1996-ci ildən burada prezidentləri parlament seçirdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş