Jurnalist Kamran Mahmudov sərbəst buraxılıb

Kamran Mahmudov Fotonun müəllifi RFE/RL

Gürcüstana gedərkən sərhəddə saxlanılan Azadlıq Radiosunun keçmiş əməkdaşı Kamran Mahmudov sərbəst buraxılıb, onun vəkili bildirir.

Cavid Rzazadə Kamran Mahmudovun sərhəddə saxlandıqdan sonra Qazax polis şöbəsinə aparıldığını bildirir.

O deyir ki, jurnalistə əvvəlcə sərhəddə "axtarışda olduğu üçün" saxlanıldığını deyiblər.

"O, sərhədi keçərkən mənə zəng edərək dedi ki, onu saxlayıblar", - Cavid Rzazadə BBC Azərbaycancaya bildirib.

Vəkilin sözlərinə görə, 8 saata yaxın polis şöbəsində saxlanılandan sonra azad edilən jurnalistə deyiblər ki, 27 apreldən onun ölkədən çıxmağına dair məhdudiyyət qoyulub.

Fotonun müəllifi Cavid Rzazade

Əlaqəli mövzular

Bu barədə daha geniş