Şəkillərdə: Lahıc - turizmin yaşatdığı qəsəbə

Azərbaycan azalan neftdən gələn gəlirin azalması ilə digər sahələri, xüsusilə turizmi inkişaf etdirməyi hədəfləyib. Təhlilçilər turizmin ölkədə bir çox inkişaf perspektivinin olduğunu desə də, ən çox gözə çarpan yay turizmidir. Bəzi rayonlar üçün isə turizm yeganə qazanc mənbəyidir. Elə Lahıc üçün də.

Fotonun müəllifi GularAbbasova

"İşim təkcə yayda olur. Turistlər gələndə pul qazana bilirəm", - Vahid Süleymanov Lahıcda tək-tük nəqqaş ustalarından biridir.

Usta yay mövsümünə kimi Bakıdan mis material alıb gətirir, ondan müxtəlif növ qab düzəldir və üzərinə naxışlar vurur.

Bir qabın hazırlanması 10-15 gün vaxt alır.

Fotonun müəllifi GularAbbasova
Image caption Vahid Süleymanov - nəqqaş

"Yaya qədər qabları hazırlamaqla məşğul oluram. Başqa heç bir işim yoxdur. Ümidim təkcə turistlərədir. İndi hələ ki, xarici turist yoxdur. Daha çox yerli turistlər mağazaya gəlib nəsə alır", deyə 48 yaşlı Süleymanov bildirir.

Fotonun müəllifi GularAbbasova

"Lahıcda turist olmasa yaşamaq mümkün deyil. Onlar da Lahıca gəlməsə biz pul qazanmaq üçün başqa yerlərə köçməli olardıq", 39 yaşlı qalayçı- misgər Rza Əliyev bildirir.

Usta Rza deyir material almaq və işləmək üçün maddi vəsaitin olmaması ona çətinlik yaradır.

Hazırladığı qablar yaxşı satılarsa, yalnız bundan sonra əldə etdiyi pulla material alıb yeni işə başlaya bilir.

Fotonun müəllifi GularAbbasova
Image caption Rza Əliyev - qalayçı- misgər

"Əvvəl bura ərzaq mağazası idi. Camaatın bir hissəsi kənddən köçdüyü üçün satışımız zəiflədi. Sonra suvenir, əl işləri mağazası kimi işlətməyə başladıq",- 54 yaşlı lahıclı Turac Əliyeva deyir.

O həyat yoldaşı Şamil Əliyev ilə birgə qəsəbədə kiçik suvenir mağazasına sahiblik edir. Ailə qışda əl işlərinə tədarük görür, yay mövsümündə isə məhsullarını satışa çıxarır. Mağaza ailənin yeganə gəlir mənbəyidir.

"Yay aylarında yerli, payızda isə xaricilər əl işləri ilə maraqlanıb alırlar. Hələ ki, alış-veriş çox yaxşı gedir", - Əliyevlər ailəsi bildirir.

Fotonun müəllifi GularAbbasova
Image caption Turac və Şamil Əliyevlər- suvenir mağazasının sahibləri

"Dolanışıq üçün normal qazana bilirəm. Ən yaxşı alıcılarım xaricilər olur", - 58 yaşlı lahıclı xalçaçı Tavus Tağıyeva deyir.

Usta turistlərin marağını nəzərə alaraq kiçik ölçülü süvenir xalçaları toxumağa üstünlük verir.

"Yayda turistlər belə suvenirləri çox alırlar. Böyük xalçaları isə yalnız sifarişlə işləyib satıram. Yaxşı qiymətə də alınır", Tağıyeva bildirir.

Ustanın aylıq gəliri dediyinə görə orta hesabla 300-400 manat arasında olur.

Fotonun müəllifi GularAbbasova
Image caption Tavus Tağıyeva - xalçaçı

"Sovetin vaxtında kolxozda, sovxozda sürücü kimi işləyirdim. İndi isə başqa iş yoxdur. Otları dağdan yığıb quruduruq, sonra belə satırıq", - Hüseyn Abbasov Lahıc bazarında ədviyyat, qurudulmuş çay və ev üsulu mürəbbələri satmaqla ailəsini dolandırır.

53 yaşlı satıcının sözlərinə görə yerli sakinlərin özlərinin tədarükü olduğu üçün mağazadakı məhsullara ehtiyac olmur.

Qazanc təkcə yay mövsümündə, turistlər alış-veriş edəndə olur. Bu günlərdə də isə Abbasov mümkün qədər çox işləyib pul qazanmağa çalışır.

Fotonun müəllifi GularAbbasova
Image caption Hüseyn Abbasov - satıcı

Lahıc sakinləri arasında qazanc üçün evlərini kirayə də verənlər də var.

Günlük kirayələrin qiyməti 10-15 manat dəyərində olur.

Bu adətən az büdcə ilə səyahət edən turistlər üçün sərfəli olur.

Fotonun müəllifi GularAbbasova

Bu barədə daha geniş