5 fotoda: Formula 1 yenidən Bakıda, müsəlmanlara hücum...

Keçdiyimiz həftə Azərbaycanda və ondan kənarda baş verən mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi ALEXANDER NEMENOV/ Getty

1. Cümə günü Bakıda Formula 1 Azərbaycan Grand Prix yarışlarına start verilib.

Bu yarış ikinci ildir ki Azərbaycanda keçirilir. Keçən il yarışlar Avropa Grand Prix-i adlanırdı.

Fotonun müəllifi Dan Kitwood/ Getty

2. İyunun 18-dən 19-na keçə gecə Londonun şimali Finsbury Park ərazisində bir furqon avtomobili məscidin yanından keçən müsəlmanlara hücum edib.

Hadisə nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb. Hücumu törədən şəxs həbs edilib.

Fotonun müəllifi Etienne Oliveau/ Getty

3. Səudiyyə Ərəbistanının kralı oğlu Məhəmməd ibn Salmanı taxt-taca növbədə birinci duran şahzadə statusuna layiq görüb.

31 yaşlı şahzadə Məhəmməd ibn Salman Müdafiə naziri olmaqla yanaşı, baş nazirin müavini vəzifəsini də yerinə yetirməyə davam edəcək.

Fotonun müəllifi Cavid Rzazade

4. Gürcüstana gedərkən sərhəddə saxlanılan Azadlıq Radiosunun keçmiş əməkdaşı Kamran Mahmudov sərbəst buraxılıb.

Vəkilinin bildirdiyinə görə, 8 saata yaxın polis şöbəsində saxlanılandan sonra azad edilən jurnalistə deyiblər ki, 27 apreldən onun ölkədən çıxmağına dair məhdudiyyət qoyulub.

Fotonun müəllifi RIZWAN TABASSUM/ Getty

5. Müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı sona çatmaqdadır.

Bu ay bütün dünyada müsəlmanlar oruc tutur və Ramazan bayramına hazırlaşırlar.

Əlaqəli mövzular