Formula 1: Lewis Hamilton sıralama yarışlarının qalibidir

Sıralama turunda Lewis Hamilton (ortada) birinci olub. İkinci yeri Valtteri Bottas (sağda), üçüncünü isə Kimi Räikkönen (solda) tutub. Fotonun müəllifi Reuters
Image caption Sıralama turunda Lewis Hamilton (ortada) birinci olub. İkinci yeri Valtteri Bottas (sağda), üçüncünü isə Kimi Räikkönen (solda) tutub.

Formula 1 üzrə Azərbaycan Qrand Prix-in sıralama turunda Mercedes komandasının pilotu Lewis Hamilton birinci olub.

İkinci yeri Mercedes komandasının pilotu Valtteri Bottas, üçüncünü isə Ferrari komandasından Kimi Räikkönen tutub.

Bu o deməkdir ki, Hamilton iyunun 25-də keçiriləcək həlledici mərhələdə öndə dayanacaq.

Bundan əvvəl Qrand Prix-in üçüncü və sonuncu sərbəst yürüşündə ən yaxşı nəticəni Mercedes komandasının pilotu Valtteri Bottas nümayiş etdirib.

Yarışda ikinciliyi Ferrari komandasından Kimi Räikkönen, üçüncülüyü isə Mercedes komandasından Lewis Hamilton qazanıb.

Sərbəst yürüş

Şənbə günü günorta saatlarında üçüncü sərbəst yürüş zamanı Renault komandasının pilotu Jolyon Palmerin avtomobilində baş verən yanğınının səbəbi yanacaq sızması olub, Renault bildirib.

Komandanın yaydığı bəyənatda bildirilir ki, yanğın zamanı avtomobilin mühərriki tam yararsız hala düşüb.

Yanğının söndürülməsi və avtomobilin qaraja gətirilməsinə sərf edilən vaxta görə avtomobil sıralama turunda itirak edə bilməyib, komanda bildirib.

Cümə günü Formula 1 Azərbaycan Grand Prix-in ilk iki sərbəst yürüşündə də 3 qəza baş vermişdi.

Fotonun müəllifi Mark Thompson/Getty
Image caption Şənbə günü Formula 1-in üçüncü sərbəst yürüş zamanı Renault komandasının pilotu Jolyon Palmerin avtomobili qəzaya uğrayıb, maşın yanıb. (Arxiv)

Azərbaycanda Formula 1 Grand Prix yarışları cümə günü start götürüb.

Bu yarış ikinci ildir ki Azərbaycanda keçirilir.

Yaşıllıq, toz və təkər amili

Cümə günü Formula 1 Grand Prix-ində keçirilmiş sərbəst yürüşlər zamanı da qəzalar baş verib. Avtomobillər müxtəlif yerlərdə səddlərə çırpılıb. Heç bir pilot xəsarət almayıb.

Mətbuat konfransında qəzaların səbəbi barədə danışan Renault komandasının sözçüsü Cyril Abiteboul deyib ki, onlar bədbəxt hadisələrin çox şahidi olub və sürücüləri bir çox yol qəzasına uğrayıb.

"Başa düşürəm ki, bəzi döngələrdə gözlərinə gün düşən sürücülər üçün asan deyil, onlar yüksək nöqtəni görməkdə çətinlik çəkirlər. Bu bir səbəb. Müzakirə açmadan deyim ki, diqqətə alınmalı olan digər məsələ, təkərlərin məhz bu yol səthi ilə tutuşması və tormozlama ilə mümkün uzlaşmaması ola bilər".

Mclaren komandasının sözçüsü Eric Boullier deyib ki, bu avtomobillərin yoldan çıxmasının yeganə səbəbi yalnız tormozlama və təkərlərin səthlə tutuşmasıdır.

"Trek həm də çox yaşıldır. Açıq-aydın görünürdü ki, bir çox yerdə toz var, buna görə təkərlərdə enerji yaratmaq daha çətindir", o deyib.

Force İndia komandasının sözçüsü Robert Fernley digər çıxış edənlərlə razılaşıb. O deyib ki, "bəlkə də təkərlər bir azca" möhkəm birləşdirilib.

"Bəlkə də gələn il biz daha yumşaqlaşmağa başlayacağıq", o bildirib.

Formula 1 pilotları arasında sonuncu sərbəst yürüş şənbə günü günorta saatlarında baş tutacaq.

Formula 1-də həlledici yarışlar iyunun 25-də keçiriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş