Formula 1: Beş mübahisəli qəzaya kim səbəb olub?

Azərbaycan F1 Fotonun müəllifi Getty Images
Image caption Sebastian Vettel-lə Lewis Hamilton-un Azərbaycan Grand Prix-də toqquşması mübahisələr yaradıb

Sebastian Vettel-lə Lewis Hamilton-un toqquşması Azərbaycanda keçirilən Grand Prix-də qığılcım yaradıb, çünki Vettel-i maşını bilərəkdən Hamilton-un maşınına vurmaqda ittiham edirlər.

Vettel isə deyir ki, toqquşma qəza nəticəsində baş verib və Hamilton onu "tormozla əngəlləməyə" çalışıb. Britaniyalı bu ittihamı rədd edir.

Biz burada indiyədək baş vermiş daha 5 insidentə nəzər salacağıq.

Vettel v Webber (İstanbul 2010)Hamilton v Rosberg (Spa 2014)Senna v Prost (Suzuka 1989) / Senna v Prost (Suzuka 1990)

Schumacher v Hill (Adelaide 1994) / Schumacher v Villeneuve (Jerez 1997)Piquet v Salazar (Hockenheim 1982)


Vettel v Webber (İstanbul 2010)

Fotonun müəllifi MUSTAFA OZER
Image caption 2010-cu ildə Vettel komanda yoldaşı və çempionluq rəqibi Mark Webber-in Red Bull-unu ötməyə çalışırdı, amma əsas düz yol sektorunda iki maşın bir-birinə ilişdi

Bakıdakı toqquşmadan sonra Hamilton deyib ki, Vetteldən "belə bir şey bir müddət idi ki gözlənilən idi".

2010-cu ilin titulu uğrunda ecazkar 5 zolaqlı trekdə Vettel komanda yoldaşı və çempionluq rəqibi Mark Webber-in Red Bull-unu ötməyə çalışırdı, amma əsas düz yol sektorunda iki maşın bir-birinə ilişdi.

Onlar bu qəzada bir-birlərini günahlandırırdılar. Hələ bordyura - kerbə çırpılmış maşının motorunu söndürmədən Vettel belə bir incik radio mesaj vermişdi: "Mənim başım çıxmır, biz burda nə edirik? Biz burda dünya çempionluğunu qazanmağa çalışırıq. Bu nə axmaqlıdır. Mən rədd olub gedirəm burdan".

Amma tamaşaçıların əksəriyyətində belə bir təəssürat yaranmışdı ki, səhvə maşınını döngədə Webber-in maşınına tərəf döndərən Vettel yol verib. O Bakıda da Hamiltonla toqquşma törədərkən eyni işi görüb.

Lakin bu yarışın sonunda Webber onun komandası strategiyanı qatıb-qarışdırdıqdan sonra uduzmuşdu. Vettel bu yarışı qazanmışdı, halbuki əvvəllər heç vaxt çempion titulunu qazana bilməmişdi.

Əvvələ dön


Hamilton v Rosberg (Spa 2014)

Fotonun müəllifi Clive Mason
Image caption 2014-cü ildə Rosberg Hamiltonun təkərinə girərək onun yarışına son qoymuşdu

Bakı yarışı Hamiltonun, onun maşının bilərkdən vurulduğunu düşünərək kədərləndiyi ilk birincilik deyil.

O və onun Mercedes komandasındakı yoldaşı Nico Rosberg 2014-cü ildə çempion titulu üçün ikilikdə yarışmalı idilər. Hamilton Rosberqə bir neçə dəfə asanlıqla qalib gələ bilmişdi. Spa yarışında Rosberg heç də Hamiltondan geri qalmadığını sübut etmək istəyirdi.

Rosberg Hamiltona əsas düz yolda çatmış və onu Les Combes döngəsində ötməyə çalışmışdı. Lakin bu zaman Rosberg-in maşının qanadı Hamiltonun təkərinə girmiş və onun yarışına son qoymuşdu.

Rosberg axırda ikinci yerlə kifayətlənsə də, Mercedes-in menecmenti hiddətlənmişdi, çünki ümumi məğlubiyyətə kimin səbəb olduğu bəlliydi.

"Əgər vaxtı geri döndərmək mümkün olsaydı, Nico o vaxt etdiyini bir daha etməzdi" - demişdi komandanın başçısı Toto Wolff sonralar.

Əvvələ dön


Senna v Prost (Suzuka 1989) / Senna v Prost (Suzuka 1990)

Fotonun müəllifi Getty Images
Image caption Senna və Prost iki dəfə yarışlarda üzüzə gəlib

Bu idman növünün tarixində iki ən böyük sürücünün rəqabəti iki heyrətamiz toqquşma ilə qalıb.

Bunun birincisi 1989-cu il Yaponiya Grand Prix-ində baş verib. Senna bu ötüşdə qalib gəlməliydi, yoxsa çempionluq Prost-a qismət olacaqdı.

Ötüşün çox hissəsinə Prost liderlik etmişdi, lakin Senna özünü ona yetirmişdi. 40-cı dövrədə Senna Casio döngəsinə yatmışdı, amma Prost onun maşınına yol verməmiş və toqquşma olmuşdu.

Hər iki maşının mühərriki ölmüşdü və Prost-un yarışdakı iştirakı başa çatmışdı. Lakin Senna oradakı bələdçilərin itələməsi ilə ehtiyat yola keçmişdi.

O bu yarışda qalib gəlmiş, amma ehtiyat yoldan istifadə etdiyinə görə diskvalifikasiya edilmişdi.

Prost dünya çempionluğunu qazanmışdı.

Senna-ya belə gəlmişdi ki, onunla çox sərt rəftar edilib. Onlar bir il sonra eyni trekdə yarışanda bu dəfə artıq Prost qələbə ehtiyacında idi və braziliyalı çox da maneçilik törətməmişdi.

Bu ötüşüdə Senna qalib gəlmişdi.

Əvvələ dön


Schumacher v Hill (Adelaide 1994) / Schumacher v Villeneuve (Jerez 1997)

Fotonun müəllifi Getty Images
Image caption Michael Schumacher statistik baxımdan F1 tarixində ən böyük sürücüdür, amma onun da bir neçə qəzası olub

Michael Schumacher statistik baxımdan F1 tarixində ən böyük sürücüdür. Lakin onun da Senna ilə belə bir ziddiyyəti olub.

O 1994-cü ildə özünün ilk çempionluğunu çox müəmmalı bir şəkildə qazanmışdı. O britaniyalı Damon Hill-i bircə xalla ötmüşdü. O Hilli-in maşının ötməyə hazırlaşırdı ki, divara çırpılmış və maşını zədələmişdi.

Hill onu keçməyə çalışırdı və Schumacher-lə bu anda toqquşmuşdu.

Hakimlər belə qərar gəlmişdilər ki, bu sadəcə qəzadır. Lakin üç il sonra bu hərəkətə artıq başqa sürücünün uğursuzluğa düçar edilməsi üçün yol veriləndə, qəza təsadüf sayıla bilməzdi.

Xerez şəhərində keçirilən Avropa Grand Prix yarışında Schumacher kanadalı Jacques Villeneuve-ün onu ötməsinə yol verməmək üçün qəzaya səbəb olmuşdu. Amma bu dəfə Schumacher yarışı tərk etsə də, Villeneuve onu başa çatdıra bilmişdi.

Schumacher həmin qəzaya görə bütün çempionatdan diskvalifikasiya edilmişdi. Bir çoxları o vaxt Hill qəzasının əslində necə baş verdiyi barədə yenidən düşünməyə başlamışdılar.

Əvvələ dön


Piquet v Salazar (Hockenheim 1982)

Bu toqquşmanı tam komik bir qəza da adlandırmaq olar.

Braziliyalı Nelson Piquet 1982-ci ilin Almaniya Grand Prix-ində çilili Eliseo Salazar-ı ötməyə çalışanda dünya çempionu idi və bu yarışda da qalib gəlirdi.

Salazar dönərək şikeynə (süni yaradılmış döngə) girdi; onların təkərləri toqquşdu və hər ikisi yarışdan çıxdı.

Piquet o qədər qəzəbli idi ki, maşından çıxmış Salazara tərəf qaçmış və onu yumruqlamağa başlamışdı.

Bəxtindən Salazar dəbilqəsini hələ çıxarmamışdı. Odur ki, cılız bədənli Piquet-in yumruqları ona elə də təsir etməmişdi.

Əslində onlar dost idilər. Lakin sonra mexanik deyəndə ki, BMW-nin mühərriki bu toqquşmasız da partlayacaqdı, Piquet dostundan üzr istəmişdi. Bu mənada Salazar özü də bilmədən Piquet-in mühərrik təchizatçılarını rüsvayçılıqdan qurtarmışdı.

Əvvələ dön