Ümumi Nəticə - Thomas Goltz-un Qarabağ futbol klubuna həsr etdiyi film
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ümumi Nəticə - Thomas Goltz-un Qarabağ futbol klubuna həsr etdiyi film

90-cı illərin əvvəlindən ortalarına qədər Qafqazda müxbir olaraq işləyən ABŞ-lı Thomas Goltz-un Londonda Qarabağ futbol klubuna həsr etdiyi sənədli filmini təqdim edib.

BBC Azərbaycanca ilə müsahibəsində filmə başladığı vaxt futbol barədə çox az biliyə sahib olduğunu deyən Thomas Goltz, Niderlandlı futbol həvəskarı, müəllif və Qarabağ pərəstişkarı Arthur Huizinga ilə qəflətən yaranan söhbətlərindən ilhamlandığını qeyd edib.

Qarabağ komandası ilə bir mövsüm ərzində səyahət edən cənab Goltz Qarabağ futbolçuları ilə yaranan sıx münasibətləri barədə danışıb:

"Bir qədər vaxt keçdikdən sonra, futbolçular bu qəribə amerikalının niyə komandanın ətrafında veyilləndiyini soruşmaq əvəzinə məndən niyə hansısa bir məşqdə olmadığımı soruşurdular."