Müsəlmanlara qadağa, məscidi sökməyə cəhd, geylər evlənə biləcək... 5 fotoda

cover Fotonun müəllifi Getty Images

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Chip Somodevilla/ Getty

1. ABŞ prezidenti Donald Trump-ın müsəlmanlara qadağası qüvvəyə minir.

Qadağa İran, Liviya, Suriya, Somali, Sudan və Yəmən vətəndaşlarına, eləcə də, bütün qaçqınlara aid edilir.

Fotonun müəllifi Reuters
Image caption Zaur Dadayev Çeçenistanın elit hərbi hissəsinin sabiq üzvüdür

2. Rusiya məhkəməsi müxalifət lideri Boris Nemtsov-un ölümündə əsas şübhəlini tapıb.

Zaur Dadayev Prezident Vladimir Putinin tənqidçisi olan baş nazirin sabiq müavinini 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələyib.

Image caption 13 apreldə keçirilən etiraz zamanı dindarlar məscidin qarşısında namaz qılıblar (arxiv)

3. Cümə günü bir qrup dindar Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad Məscidinin sökülməsinə etiraz edib.

Mediada yayılan görüntülərdə məscidin kondisionerlərinin sökülmə prosesi əks olunub. Hacı Cavad Məscidinin sökülməsinə bu ilin aprel ayında da cəhd olmuşdu.

Fotonun müəllifi Getty Images
Image caption Parlamentin qarşısında eynicinsli nikahların tərəfdarları yeni qanun layihəsinin qəbul olunmasını sevinclə qeyd ediblər.

4. Almaniya deputatları böyük əksəriyyəti eynicinsli nikahları leqallaşdırılmasına səs veriblər.

Kansler Angela Merkel gey evliliklərinə qarşı olduğunu bildirsə də, yeni layihənin daha sıx "ictimai birlik və sülhə" yol açacağına ümid bəslədiyini deyib.

Fotonun müəllifi YURI CORTEZ

5. Rusiyada keçirilən Konfederasiyalar Kubokunun yarımfinalında məğlub olmuş Portuqaliya millisinin kapitanı Cristiano Ronaldo əkiz uşaq atası olduğunu bildirib.

Portuqaliya mediası uşaqların ABŞ-da, surroqat ana vasitəsilə dünyaya gəldiyini xəbər verib. Onlardan biri oğlan, digəri isə qızdır.

Əlaqəli mövzular