Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib

Bakı Fotonun müəllifi GETTY

Mart ayında Milli Məclis tərəfindən təsdiqlənən "Əmək pensiyaları haqqında" qanun iyulun 1-dən qüvvəyə minib.

Qanun pensiya yaşının artırılmasını nəzərdə tutur.

Sənədə görə kişilərin hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək artırılacaq.

Nəticədə kişi və qadınların pensiya yaşı tədricən 65-ə çatdırılacaq.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
“Öləndən sonramı pensiya vermək istəyirlər?”

Əmək pensiyasının minimum həddi 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur.

Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Milli Məclis "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişiklikləri martın 10-da qəbul edib. Mayın 2-də isə sənəd Prezident tərəfindən təsdiq olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş