Hacı Cavad məscidinin inşa ediləcək yeri elan olunub

Dindarlar

Bakıda sökülməsi etirazlara səbəb olan Hacı Cavad məscidinin yerinə tikiləcək məbədin inşası ilə bağlı işlərə start verilib, Yasamal Rayon İcra Hakimiyyəti bildirir.

İcra Hakimiyyəti başçısının birinci müavini məscidin "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsində inşa olunacağını deyib.

Səməd İslamov məbədin tezliklə istifadəyə veriləcəyini qeyd edib.

"Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək", - Yasamal rayonunun rəsmisi APA agentliyinə bildirib.

Yasamal rayonunda Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin söküntüsü etirazlara səbəb olub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bakıda məscidin sökülməsinə etiraz: "Ağa, bu məscidi sökənin evini yıx!"

Cümə günü keçirilən etiraz iştirakçılarından biri BBC Azərbaycancaya söküntüyə cümə namazından təxminən bir saat sonra başladığını bildirib.

Aprel ayında məscidin sökülməsinə ilk cəhd onlarla dindarın etirazına tuş gəlib.

1912-ci ildə Hacı Cavad tərəfindən tikilmiş və onun adını almış məscid Bakı şəhəri, Yasamal rayonunda yerləşir. Onun sahəsi 250 kvadrat metr təşkil edir və burada eyni zamanda 300 nəfər ibadət edə bilər.

Hazırkı söküntü 2014-cü ildən bəri Bakının Baş Planına uyğun olaraq mərkəzdə həyata keçirilən yenidənqurma layihəsi ilə əlaqədardır.

Bu barədə daha geniş