F1: Bakıda toqquşma yaradan Sebastian Vettel-ə cəza verilməyəcək

Toqquşma anı Fotonun müəllifi F1Twitter
Image caption Azərbaycan Gran Prisində Sebastian Vettel-in Lewis Hamilton ilə toqquşma anı

Sebastian Vettel-in Azərbaycan Gran Prisində Lewis Hamilton ilə toqquşması ilə əlaqədar heç bir əlavə tədbir görülməyəcək.

Bu, Formula 1-in rəhbərliyinin bazar ertəsi Parisdə Vettel və Ferrari komandasının direktoru Maurizio Arrivabene ilə görüşündən sonra məlum olub.

29 yaşlı dördqat dünya çempionu iyunun 25-də Bakıda keçirilən yarışlar zamanı baş verən hadisəyə görə məsuliyyəti tam etiraf edib.

Vettel "Beynəlxalq Federasiyana və geniş avtoidman ailəsinə səmimi üzrxahlığını bildirib", Beynəlxalq Avtomobil Federasiyasl bildirib.

Vettel, həmçinin növbəti belə bir hadisə zamanı "BAF-ın Beynəlxalq Tribunalına çıxarıla biləcəyi" barədə xəbərdarlıq alıb.



Azərbaycanda nə baş vermişdi?

Çempionatın lideri Vettel Hamiltonu bilərəkdən onun qarşısında sürəti azaltmaqda ittiham edib.

Bundan sonra Vettel Hamilton ilə yanaşı gələrək maşınını Hamiltonun Mercedes-inin təkərlərinə vurub.

Təhlükəli sürməyə görə ona 10 saniyəlik "penalti" cəzası verilib. Lakin Vettel dayanacaqda 10 saniyə gözləməli olsa da, Hamiltondan önə keçib.

Heç bir pozuntu etmədiyi bildirilən Hamilton isə deyib ki, Vettel-in sürücülüyü "iyrənc" və "idmançıya yaraşmayan" idi.

Azərbaycanda iki ildir ki Formula 1 Gran Pri yarışları keçirilir. Sonuncu yarış 23-25 iyunda olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş