Şimali Koreya raketləri: ABŞ "lazım gələrsə" hərbi gücdən istifadə edəcək

ABŞ-ın BMT-də səfiri Nikki Haley Fotonun müəllifi EVN
Image caption ABŞ-ın BMT-də səfiri Nikki Haley, Şimali Koreyanın raket sınağını kəskin hərbi eskalasiya kimi təsvir edib.

Şimali Koreyada çərşənbə axşamı uzaqmənzilli ballistik raket sınaqdan keçirildikdən sonra ABŞ bildirib ki, "lazım gələrsə" bu ölkəyə qarşı "əhəmiyyətli hərbi güc" işlədilə bilər.

ABŞ-ın BMT-də səfiri Nikki Haley deyib ki, Pxenyana qarşı BMT-də yeni qətnamə müzakirəyə çıxarılacaq.

Nikki Haley, Şimali Koreyanın raket sınağını kəskin hərbi eskalasiya kimi təsvir edərək bu ölkəyə qarşı ticarət sanksiyalarının tətbiq oluna biləcəyi hədəsini də səsləndirdi.

Onun çıxışından bir neçə saat sonra ABŞ və Cənubi Koreya birgə keçirdikləri hərbi təlim çərçivəsində Yapon dənizinə raket atəşləri edilib.

Lakin Pxenyan bildirir ki, ABŞ Şimali Koreyaya qarşı "düşmənçilik siyasətinə" son qoymayanadək danışıqlara getməyəcək.

Çin və Rusiya hərbi gücdən istifadə edilməsinin əleyhinə çıxış edirlər.

Şimali Koreya tərəfindən çərşənbə axşamı keçirilmiş uzaqmənzilli ballistik raketin sınağı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub.

Bu barədə daha geniş