Hollandiya: Türkiyə baş naziri köməkçisinin ölkəmizə gəlməsini istəmirik

Tuğrul Türkeş Fotonun müəllifi Getty Images
Image caption Tuğrul Türkeş (sağda)

Hollandiya hökuməti Türkiyə baş nazirinin köməkçisi Tuğrul Türkeşin 15 iyul hadisələrinin ildönümü münasibətilə çərşənbə axşamı Apeldom şəhərində keçiriləcək toplantıda iştirak etməsini "arzulamadığını" bəyan edib.

"Mövcud şəraitdə iki ölkə arasında mövcud münasibətlər baxımından Türkeşin və ya başqa bir kabinet üzvünün Hollandiyaya gəlməsi arzu edilən bir hal deyil".

Hollandiya Xarici İşlər Nazirliyi tərəfindən bu gün səhər yayılan açıqlamada belə vurğulanıb.

Açıqlamada Türkeşin arzu olunmaması "mart ayında baş verən hadisələrin məntiqi nəticəsi" kimi səciyyələndirilib.

Bundan başqa açıqlamada 15 iyul hadisələri türk demokratiyasına qarşı bir hücum kimi dəyərləndirilib və Hollandiyanın bu hadisələri qınadığı da xatırladılıb.

Ədalət və İnkişaf Partiyasının (AKP) xaricdəki təşkilatı kimi tanınan Avropa Türk Demokratlar Birliyinin (UETD) Hollandiya şöbəsi tərəfindən təşkil olunan toplantı üçün Orpheus adlı bir konqres mərkəzində zal kirayə edilmişdi.

Sosial media tərəfindən verilən məlumatda Türkiyə baş nazirinin köməkçisi Tuğrul Türkeşin də bu toplantıda çıxış edəcəyi açıqlanmışdı.

"Türk nazirə qadağa"

Hollandiya Xarici İşlər Nazirliyinin Türkiyə baş nazirinin köməkçisi Türkeşin ölkəyə gəlməsinin arzu olunmaması barədə açıqlaması ölkə mediasında geniş yer alıb.

Qəzetlərin internetdəki səhifələrində "Türk nazirə qadağa", "Hökumət türk nazirin gəlməsini istəmir" kimi başlıqlı yazılar dərc edilib.

Hollandiyanın NOS televiziyası da hökumətin, Türkeşin 15 iyun hadisələrinin il dönümü münasibətilə Apeldoma- a gəlməsinin arzu olunmadığını və çıxış etməsinə icazə verilməyəcəyini ilk xəbər kimi yayımlamışdı.

İki nazirə icazə verilməmişdi

Hollandiya, mart ayında konstitusiyaya dəyişiklik edilməsiylə bağlı keçirilən referendum kampaniyası çərçivəsində toplantı keçirmək istəyən xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın mitinqinə icazə verməmişdi.

Hollandiya hökuməti türk nazirlərinin təyyarəsininin enmə icazəsini ləğv etdikdən sonra Almaniyaya gedən Fatma Betül Sayan Kaya quru yoluyla Rotterdama-a keçmişdi.

Türkiyənin Rotterdam-dakı baş konsulluğuna getməsinə icazə verilməyən Fatma Kaya "arzuolunmayan əcnəbi" elan edilərək sərhəddən çıxarılmışdı.

Türkiyə hökuməti isə nazir Kayanın baş verən münaqişədən sonra onun öz istəyi ilə Almaniyaya döndüyünü açıqlamışdı.

Hollandiyanın türk nazirlərə kampaniya keçirməsinə icazə verməməsi Ankara və Haaqa arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Bu barədə daha geniş